Azərbaycanda ilk dəfə nadir ürək əməliyyatı keçirilib
Tarix: 06.02.2016 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ölkədə ilk dəfə koronar arteriya anomaliyası üzrə (ALCAPA) nadir ürək əməliyyatı keçirilib. ATU-dan bildiriblər ki, bu xəstəliyə yüz minlərlə doğuşdan birində rast gəlinir.
Önəmli məqamlardan biri odur ki, belə xəstələrin əksəriyyəti erkən yaşlarda həyatını itirirlər, çox az qismi, təxminən 2-3 faizi 30 yaşına kimi yaşayır. ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardiocərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayev deyir ki, Azərbaycanda çox az sayda belə xəstəyə rast gəlinə bilər. S.Musayevin sözlərinə görə, xəstə Gəncə şəhərinin 36 yaşlı sakinidir. Onun əməliyyatı zamanı həm ürək qapağının işi təmin edildi, həm də anomaliya olan hissə rekonstruksiya olundu. Əməliyyat 3 saat davam edib. S.Musayev bildirir ki, əməliyyatdan sonra xəstənin həyatına heç bir risk yoxdur. Bir necə gün xəstəxanada yatdıqdan sonra xanım evə yazılacaq və həyatını əvvəlki qaydada davam etdirə biləcək.






 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Həkim arıqlamağa kömək edən sirri açdl
21.10.2019
Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf mühitdir
20.10.2019
Qurdları tökən salat resept
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info