“Könüllərdə yaşayan sənətkar”
Tarix: 08.02.2016 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


“Qanun” nəşriyyatında mahir qarmon ifaçısı Abutalıb Sadıqovun 70 illiyinə həsr olunmuş “Könüllərdə yaşayan sənətkar” kitabı işıq üzü görüb. Kitaba unudulmaz sənətkarın ailə üzvləri və doğmalarının, alimlərin, siyasi xadimlərin, qələm sahibləri və sənət dostlarının maraqlı xatirələri daxil edilmişdir.
Abutalıb Sadıqovun sənət dünyasına, keşməkeşli ömür yoluna işıq salan bu xatirələrin müəllifləri arasında Milli Məclisin deputatları Hüseynbala Mirələmov, AMEA-nın vitse –prezidenti, akademik İsa Həbibəyli, Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov, Azərbaycanın xalq artistləri Arif Babayev, Canəli Əkbərov, Aftandil İsrafilov, Sadıq Zərbəliyev, yazıçı-publisistlər Nurəddin Ədiloğlu, Ağalar İdrisoğlu, və ölkəmizin bir çox tanınmış nümayəndələrinin adları var.
Kitabın ideya müəllifi və elmi redaktoru Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü, professor Fərahim Sadıqovdur. Onun təşəbbüsü ilə kitaba ustad sənətkarın 50 illik yubleyindən (22 fevral 1995-ci il) daxil edilən fraqmentlərdə Azərbaycanın görkəmli simaları, xalq artistləri Sara Qədimovanın, Tükəzban İsmayılovanın, İslam Rzayevin çıxışları da yer alıb.
Kitaba həmçinin sənətkarın ana babası Dadaş Məmmədalı oğlunun, atası Balakişi Xələflinin, anası Əfruz Bağırlının, Abutalıbın xalq artistləri Xan Şuşinski, Şövkət Ələkbərova, Habil Əliyev, İslam Rzayev, Həsən Məmmədov, Tariyel Qasımov, Əlibaba Məmmədov, Arif Babayev, İlham Namik Kamal və başqa görkəmli sənət adamları ilə çəkdirdiyi şəkilləri daxil edilmişdir.
Sonda “Hacı Abutalıbın gülməcələri” başlığı ilə təqdim olunan olmuş əhvalatlar oxucuya nikbin əhval -ruhiyyə bəxş edir. Kitaba ön söz əvəzi yazan Bakı Humanitar Kollecinin direktoru İlqar Mahmudovun təbrincə desək, Abutalıb Sadıqov haqqında araya-ərsəyə gətirilən “Könüllərdə yaşayan sənətkar” kitabının örnək xüsusiyyətləri çoxdur. Unudulmaz sənətkarın həyat və fəaliyyəti həm pedaqoji fikir tariximizi, həm də Azərbaycan incəsənətinin şərəfli səhifələrini zənginləşdirəcəkdir.




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşasının məşqləri davam edir
22.11.2019
Rus yazıçısı növbəti mahnısını da Azərbaycana həsr edib: VİDEO
22.11.2019
Müstəqil Şah Mat Teatrı Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində tamaşa oynayacaq
22.11.2019
Yeni kukla teatrı açılıb
22.11.2019
Bakıda keçiriləcək üçüncü Beynəlxalq Tanqo Festivalının proqramı zəngindir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info