İran Azərbaycanda maşın zavodu açmaq istəyir
Tarix: 08.02.2016 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


İranın ən böyük avtomobil istehsalı şirkəti olan “İran Khodro” (IKCO) Azərbaycanla müştərək avtomobil istehsalında maraqlıdır.
Bunu APA-nın İran müxbirinə açıqlamasında “İran Khodro"nun direktoru Haşım Yeke Zare deyib.
O, ümid etdiyini bildirib ki, İranın özəl şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı məsələ tezliklə həllini tapacaq və əlaqələr güclənəcək.
“Biz planlaşdırırıq ki, Azərbaycanda müştərək avtomobil istehsalında yatırılacaq sərmayənin 80 faizini Azərbaycan, 20 faizini isə “İran Khodro” təmin etsin. “İran Khodro”nun 20 faiz sərmayəsi əsasən servis və texniki xidmətlər sahəsində olacaq”. 
Fransanın böyük avtomobil şirkətlərinin İrana yatıracaq sərmayələr haqqında danışan H. Y. Zare bildirib ki, Fransanın “Peugeot” şirkəti ilə müştərək şirkət təsis edəcəklər: “Bu şirkətin payının 50 faizi İranın, 50 faizi isə Fransanın olacaq. 4 ildən sonra isə həmin şirkət “İran Khodro” üçün müstəqil zavoda çevriləcək”. 
Onun sözlərinə görə, “Peugeot” şirkəti ilə imzalanmış müqavilənin dəyəri 500 milyon avrodur: “Tezliklə 15 min ədəd avtomobilin istehsalına başlanılacaq, gələcəkdə bu rəqəm 200 min ədəd avtomobilə çatacaq”.
H. Y. Zare deyib ki, tezliklə “Fiat” şirkəti ilə də müqavilə imzalamaq məqsədi ilə danışıqlara başlayacaqlar: ““Fiat" müqavilə imzalamağa hazır olduğunu bildirib”.
“İran Khodro” şirkətinin direktoru “Mercedes-Benz” şirkətinin də İran bazarında aktiv iştirak etməyə maraqlı olduğunu vurğulayıb. 
O əlavə edib ki, hazırda İranın “Saipa” şirkəti ilə “Renault” şirkəti arasında da danışıqlar gedir: “Bu şirkətlər arasında müqavilə imzalandıqdan sonra “Renault” ilə də əməkdaşlığımızı davam etdirəcəyik”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırıb
19.11.2019
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanılıb
19.11.2019
İbrahim Məmmədov: “Etimada görə təşəkkür edirəm“
19.11.2019
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19.11.2019
Azərbaycandan pambıq lifi və iplik ixracı artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info