İki filmimiz Çində beynəlxalq mükafata layiq görülüb
Tarix: 08.02.2016 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Azərbaycan istehsalı olan iki film Çində birinci Asiya beynəlxalq qısametrajlı filmlər festivalının xüsusi mükafatına layiq görülüb.
Azərbaycanın Çindəki səfirliyi mədəniyyətimizin, incəsənətimizin bu ölkədə geniş təbliği istiqamətində gördüyü işlər çərçivəsində Amil Məmiyevin “Qara bağ” və Fariz Əhmədovun “Mayak” qısametrajlı bədii filmlərini festivala təqdim etmişdi. Müxtəlif ölkələrdən 300-dək filmin iştirak etdiyi festivalın sonunda ayrı-ayrı nominasiyalar üzrə qalib filmlər seçilib. “Qara bağ” və “Mayak” filmləri festivalın xüsusi mükafatını qazanıb. Bununla əlaqədar festivalın təşkilat komitəsindən Azərbaycanın Çindəki səfirliyinə məktub daxil olub.
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Qara bağ” bədii filmində məcburi köçkünlərin yaşayış tərzi, Qarabağ həsrəti bir sıra metaforik simvollarla göstərilir. Filmin adı “Qara bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür.
“Mayak” isə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunu Fariz Əhmədovun diplom işidir. Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran-2011” müsabiqəsinin qalib kinolayihələrindən olan “Mayak” dramında mövzu ata-oğul münasibətidir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12008

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info