AİB-in missiyası ilə görüşdə iqtisadi islahatlar üzrə məsələlər müzakirə olunub
Tarix: 08.02.2016 | Saat: 22:13:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov fevralın 5-də Asiya İnkişaf Bankının Azərbaycanda səfərdə olan missiyası ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Bankın Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən xanım Keti Culianın başçılıq etdiyi missiya ilə görüşdə ümumi makroiqtisadi vəziyyətin təhlili, makroiqtisadi sabitliyin qorunması istiqamətində islahatların müəyyən edilməsi, dövlətin iqtisadi islahatlarla əlaqədar orta və uzunmüddətli planları ilə bağlı məsələlər müzakirə olunub.
Natiq Əmirov bildirib ki, ölkədə iqtisadiyyatın dinamik inkişafı və maliyyə sistemində dayanıqlılığın təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş prinsipial siyasətin tərkib hissəsidir.Xanım Keti Culian qarşıdan gələn dövrdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığa ümid etdiklərini, ölkəmizdə həyata keçirilən ciddi iqtisadi və struktur islahatlarını dəstəklədiklərini və bu istiqamətdə mövcud imkanlar çərçivəsində lazımi dəstəyi əsirgəməyəcəklərini bildirib.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Azərbaycan beynəlxalq təşkilatların donoru qismində 7 mln. dollar ayıracaq
05.12.2019
Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq
05.12.2019
DGK nümayəndə heyəti ÜGT Siyasi Komissiyasının iclasında iştirak edib
05.12.2019
“Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi” mövzusunda təlim keçirilib
05.12.2019
Gənc Sahibkarlar Forumu keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
3 Səbinə Əliyeva ombudsman seçildi
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info