Aram Sərkisyan: “Ermənistanda kişi yoxdur”
Tarix: 09.02.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Keçmiş baş nazir: “Bizim hakimiyyət ən yaxşı halda pul qazanmaq üçün İrəvanın mərkəzində yerləşən tarixi binaları alababat hala salaraq satır”

Ermənistanın keçmiş baş naziri, “Respublika” partiyasının lideri Aram Sərkisyan “Birinci İnformasiya”ya verdiyi müsahibədə ölkəsinin düşdüyü çətin vəziyyəti dəyərləndirib. O, qeyd edib ki, Ermənistan çətin xarici və daxili çağırışlar qarşısındadır: “Bizim indiki hakimiyyətimizin Məkkəsi Moskvadır. Onlar dua etmək üçün Moskvaya gedirlər. İndiyə qədər Serj Sərkisyanın bir proqnozu belə, özünü doğrultmayıb. Onlar ancaq Moskvadan əmr gözləyir. Ermənistan nə qədər ki, Avrasiya İttifaqının tərkibindədir, ölkədə hansı qüvvənin, koalisiyanın hakimiyyətdə olmasının mənim üçün heç bir fərqi yoxdur”.
Aram Sərkisyan qeyd edib ki, Ermənistan hakimiyyətinin legitimliyi şübhəlidir: “Legitimlik hər bir hakimiyyət üçün vacibdir. Bizim hakimiyyət legitimliyin səviyyəsini artırmaq üçün referendum keçirdi. Amma hər şey tərsinə oldu-referendum keçirməklə legitimliyi daha böyük şübhə altına saldılar. AŞPA-nın referendumla bağlı qəbul etdiyi qətnamədə də qeyd edilib ki, Ermənistan əhalisinin böyük əksəriyyəti hazırkı hakimiyyətə şübhə ilə yanaşır. Ermənistanın Avrasiya İttifaqına daxil olmasının bir səbəbi də elə bu məsələdir. Adətən bütün hakimiyyətlər legitimlik məsələsini öz xalqı qarşısında həll edir. Amma bizdə məsələ fərqlidir.

“Yaxın perspektiv üçün regionda əsas məsələ Fars körfəzi ilə Qara dəniz arasında əlaqə yaradılması ilə bağlı olacaq. Belə böyük layihədə yer almaq üçün mümkün olan bütün addımları atmaq əvəzinə, bizim hakimiyyət sakitcə dayanaraq Moskvadan tapşırıq gözləyir ki, nəyi etsin, nəyi yox”


Avrasiya İttifaqında heç kim Ermənistan hakimiyyətinin legitim olub-olmaması ilə maraqlanmır. Avrasiya İttifaqının üzvlərindən olan Qazaxıstanda prezident Nazarbayev böyük işlər həyata keçirib-yapon arxitektor tərəfindən yeni paytaxt salınıb, Harvardın müəllimləri Astanadakı universitetdə işləməyə dəvət edilib. O, bununla göstərmək istəyir ki, yaxşı rəhbərdir. Eyni işi Lukaşenko da görür. Bəs, bizimkilər nə edir? Ən yaxşı halda pul qazanmaq üçün İrəvanın mərkəzində yerləşən tarixi binaları alababat hala salıb satırlar. Allah bilir ki, həmin binalar gələcəkdə kimə məxsus olacaq?”. “Respublika” partiyasının lideri qeyd edib ki, Ermənistan tərəfi aldığı qazın qiyməti ilə bağlı danışıqlar apardığını açıqlayıb. Keçmiş baş nazir İranın ucuz qiymətə qaz sata biləcəyini açıqladığını xatırladıb: “İrəvan hakimiyyəti deyir ki, İran səfirinin açıqlaması siyasidir və iqtisadi əsası yoxdur. Bizim hakimiyyət unudur ki, İran islam dövlətidir və onlarda səfirlər belə, Tehranın xəbəri olmadan açıqlama vermirlər. İran dövlət başçısı bəyan edib ki, onlar üçün Fars körfəzi ilə Qara dəniz arasında əlaqə yarıdılması prioritetdir. Ermənistan prezidenti bu haqda özünün saytında belə, məlumat verməyə qorxur. Bizim qəbul edib-etiməməyimizdən asılı olmayaraq yaxın perspektiv üçün regionda əsas məsələ Fars körfəzi ilə Qara dəniz arasında əlaqə yaradılması ilə bağlı olacaq. Belə böyük layihədə yer almaq üçün mümkün olan bütün addımları atmaq əvəzinə, bizim hakimiyyət sakitcə dayanaraq Moskvadan tapşırıq gözləyir ki, nəyi etsin, nəyi yox. İtaliya, Almaniya kimi dövlətlər gəlib İranla müqavilələr imzaladıqları halda bu məsələ Ermənistan üçün ikinci, bəlkə də üçüncü dərəcəli hala gəlib. Şərqşünaslar yaxşı bilir ki, İranda ləqəbli insanları sevmirlər. Ermənistan isə bütün ayamalı adamlarını danışıqlar aparmaq üçün İrana göndərir”. Siyasi partiya lideri bildirib ki, Ermənistan üçün təhlükəsizlik və iqtisadi məsələ böyük əhəmiyyət kəsb edir. Amma Ermənistan bunların heç birini təmin etməyib: “Ermənistan hakimiyyəti iddia edir ki, təhlükəsizlik məsələsini həll etmək üçün Avrasiya İttifaqına üzv olublar. Amma bu ittifaqın əsas oyunçusu olan Rusiya Azərbaycana müasir silahlar satır. Bu necə təhlükəsizlik təminatıdır? Əksinə, bizim hakimiyyət ölkəni təhlükə qarşısında qoyub. Təhlükəsizliyi təmin etmək üçün qaz xətti, yollar çəkmək, Rusiya ilə qazın qiymətini aşağı salmaq yox, İrandan qaz almaqla bağlı danışıqlar aparmaq lazımdır. Ermənistan hakimiyyəti bu işləri həyata keçirməlidir. Belarus prezidenti Lukaşenko olsaydı düşünmədən bu işləri görərdi, çünki o, kişidir. Ermənistanda isə kişi yoxdur, burada ancaq öz kresloları, var-dövlətləri uğrunda savaşanlar var”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
«Məxməri inqilab»dan məyus olanlar Ermənistanı tərk edir
14.11.2019
Müxalifətin “mühacir biznesi” iflasa uğrayır
06.11.2019
Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
01.11.2019
Rus qazının qiymətinin artırılacağı erməniləri qorxuya salıb
31.10.2019
“Əkiləcək 650 min ağacın gələcək taleyini izləmək üçün nəzarət funksiyası həyata keçirilməlidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info