Adel ötən ilin ən uğurlu ifaçısı seçilib
Tarix: 09.02.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Məşhur britaniyalı müğənni Adel Beynəlxalq Səsyazma Federasiyasının versiyasına görə ötən ilin ən uğurlu ifaçısı seçilib.
TASS informasiya agentliyi xəbər verir ki, siyahıda ikinci yeri digər britaniyalı ifaçı Ed Şiran tutub. Üçüncü mövqedə isə ötən il bu reytinqə başçılıq etmiş amerikalı müğənni Teylor Svift qərarlaşıb. Təşkilatın illik reytinqinin tərtib olunmasında həm fiziki daşıyıcılarda, həm də rəqəmsal formatda albom satışlarının ümumi həcmi, həmçinin striminq-servislərində dinləmə sayı əsas götürülür. Adel ötən il bir neçə rekorda imza atıb. Belə ki, oktyabrın 22-də işıq üzü görən “Hello” mahnısı 12 saat ərzində 85 ölkədə “Apple”nın “iTunes” virtual musiqi mağazasında ilk yerə yüksəlib. Mahnının müvafiq klipi isə 87 gün ərzində “Youtube” videohostinqində 1 milyard baxış toplayıb. Xatırladaq ki, bundan əvvəlki rekordun sahibi - “Gangnam Style” klipi 1 milyard baxış sayını 158 gün ərzində yığa bilmişdi.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
2 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
3 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
4 Öküz ili bürclərə nə vəd edir?
5 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info