Fariz Məmmədov WBF və WBCA versiyalarında dünya çempionu kəmərlərinə sahib olub
Tarix: 09.02.2016 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Bakıda WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüş keçirilib. Boks mərkəzində baş tutan döyüşdə Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov Uqanda təmsilçisi Badru Lusambia ilə qarşılaşıb.
İdmançılar yarımorta çəki dərəcəsində (66,7 kq) dünya çempionu kəməri uğrunda mübarizə aparıblar. On iki raund davam edən döyüş Məmmədovun peşəkar rinqdə 22-ci qarşılaşması olub. Fariz Məmmədovun qarşısında afrikalı idmançı da tab gətirməyib. İlk raunddan üstünlük nümayiş etdirən boksçumuz yalnız başlanğıcda müqavimətə rast gəlib. Yeddinci raundda təzyiqi artıran idmançımız Lusambianı noqdauna salıb. Mübarizəni davam etdirən afrikalı səkkizinci raundda da növbəti noqdaundan ayağa qalxıb. Az keçməmiş Fariz növbəti dəfə rəqibinə ağır zərbə endirib. Bu dəfə afrikalı idmançı mübarizəni davam etdirmək üçün özündə güc tapa bilməyib. Qarşılaşmanı səkkizinci raunddakı qələbə ilə başa vuran F.Məmmədov WBF və WBCA versiyalarında dünya çempionu kəmərlərinə sahib olub. Bununla da təmsilçimiz Azərbaycan boks tarixinə peşəkar boksdakı ilk dünya çempionumuz kimi düşüb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Mourinyo Poçettinodan 2 dəfə çox maaş alacaq
20.11.2019
UEFA səbətləri açıqladı
20.11.2019
“Xocalı“ klubu yaradıldı
20.11.2019
Mourinyo “Tottenhem“də
20.11.2019
“Tottenhem” baş məşqçisi Maurissio Paçetinonu istefaya göndərib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info