Dünya ölkələrinin valyuta ehtiyatları azalır
Tarix: 09.02.2016 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


İqtisadi böhranın davam etməsi dünya ölkələrində müxtəlif problemlərin yaranmasına yol açır. Bu gün mövcud vəziyyət bir sıra ölkələrdə korrupsiya, milli valyutaların dəyərdən düşməsi, aclıq, şirkətlərin bağlanmasına gətirib çıxarır.

Çinin ehtiyatları 3 ilin ən aşağı səviyyəsində
Dünyanın ən böyük ehtiyatına sahib olan Çinin valyuta ehtiyatı 2012-ci ildən indiyədək ən aşağı səviyyəyə düşüb. Çin Mərkəzi Bankının (PBOC) açıqlamasına görə, ölkədə valyuta ehtiyatı yanvar ayında 99,5 milyard dollar azalaraq 3,23 trilyon dollara enib. Enmə avqust ayından indiyədək sürətlənərək davam edir. Son aylarda yaşanan çöküşün davamlı olması diqqət çəkir. Digər tərəfdən Çin Mərkəzi Bankı bazara əlavə yuan təqdim etməkdə davam edir. Belə ki, şənbə günü bazarlara 110 milyard yuan təqdim edilib. Ondan öncəki həftə isə bu rəqəm 690 milyard yuan olmuşdu.

Avro bölgəsi üçün Maliyyə Nazirliyi təklifi
Almaniyada yayımlanan “Sueddeutsche Zeitung”qəzetinin yaydığı məlumata görə, Almaniya və Fransa mərkəzi bank rəhbərləri avro bölgəsində struktur islahatların aparılmasına ehtiyac olduğunu hesab edərək, avro bölgəsi üzrə ümumi Maliyyə Nazirliyi qurulmasını təklif edirlər. Almaniya Mərkəz Bankının başçısı Jens Weidmann və Fransa Mərkəzi Bankının başçısı Villeroy de Galhau yazdıqları məqalədə qeyd ediblər ki, davamlı iqtisadi böyümə ancaq pul siyasəti vasitəsilə müəyyənləşdirilə bilməz: “Avro bölgəsinin struktur islahatları üçün qərarlı bir proqrama, iddialı maliyyə və investisiya birliyinə ehtiyacı var” . Qeyd edək ki, avro bölgəsindəki ölkələrin iqtisadi siyasətini koordinasiya edəcək bir nazirlik yaradılması fikri 2011-ci ildən bu yana müzakirə edilir.
Weidmann və Galhau onu da bildiriblər ki, mövcud vəziyyət maliyyə birliyinin sabitliyi üçün təhlükə yaradır. Ona görə də güclü inteqrasiya və avro bölgəsinə etibarı bərpa etmək üçün yeni struktura ehtiyac var.

Almaniyada saxta pul rekord vurdu
Keçən il Almaniyada ələ keçirilən saxta pul miqdarının avronun dövriyyəyə girdiyi 2002-ci ildən bu yana ən yüksək miqdara çatdığı bildirilir. 2015-ci ildə təxminən 95 min 400 ədəd saxta banknot toplanıb. Almaniya Mərkəz Bankından bildirilən açıqlamada bu rəqəmin əvvəlki ilə nisbətlə 51 faiz nisbətində artım olduğu ifadə edildi. Saxta pulların yol açdığı iqtisadi zərərin miqdarı da 4,4 milyon Avroya yüksəlib. Saxta pulun alman iqtisadiyyatına vurduğu zərər 2004-cü ildə 6,1 milyon, 2005-ci ildə isə 4,9 milyon avro olub. Mütəxəssislər hesab edir ki, saxta pulların vurduğu zərərin azalmasının səbəbi saxtakarların 100 və 200 avroluq banknotlar deyil, daha kiçik nominallı saxta pullar hazırlamasındadır.
Keçən il Almaniyada ən çox saxta 50 avroluq banknotlar bazardan toplanıb. Saxtakarların bazara ən çox sürdüyü ikinci banknot isə saxta 20-liklərdir. Bazardakı saxta pulların yüzdə 40-nı saxta 20-liklər təşkil edir. Noyabr ayında bazara çıxarılan yeni 20 avroların əlavə təhlükəsizlik tədbirləri ilə saxta 20 avro sayını azaldacağı nəzərdə tutulur. Bazardakı saxta qəpik pul sayının isə azaldığı ifadə edilib. 2015-ci ildə Almaniyada təxminən 34.000 ədəd saxta metal pul bazardan toplanıb. Əvvəlki il bu say 46 min olub. Bazara ən çox çıxarılan saxta dəmir pul isə 2 avroluqdur.

Ukrayna böhrandan çıxa bilmir
Ukraynada vəziyyət ağır olaraq qalır. Bu il vəziyyətin daha da ağırlaşacağı, milli valyuta olan qrivnanın biq qədər də dəyərdən düşəcəyi, Yatsenyuk hökumətinin istefa verəcəyi gözlənilir. Baş nazirlə eyni koalisiyada yer alan Poroşenko blokundan olan millət vəkilləri də islahatların yerinə yetirilməməsi ilə bağlı tənqidlərini dilə gətirirlər. Keçən ilin sonunda bu müzakirələr davam edərkən Baş nazir Yatsenyuk, parlament qarşısında islahat işlərinin davam etdiyini, iqtisadi böhrana qarşı necə tədbirlər alındığını, korrupsiya ilə necə mübarizə edildiyini izah edərək, problemsiz bir şəkildə hesab vermişdi.
Ancaq kabinetdə ilk böyük sarsıntı fevralın 3-də yaşandı. İslahatların həyata keçirilməsində əhəmiyyətli rol oynayan iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abromaviçus, qrupu ilə birlikdə istefa qərarı aldığını söylədi. Nazir istefa səbəbi olaraq da koalisiya ortaqlarından Poroşenko blokundan olan İqor Kononenkonun nazirliyin işlərinə qarışmasını və islahatlara maneə törətməsini göstərdi. Yatsenyuk hökuməti 16 fevralda parlament qarşısında hesabat verəcək.

Rusiya əhalisinin 12 faizi
aclıq həddində yaşayır

Rusiyada da iqtisadi böhran şəraitində narazılıq getdikcə artmaqdadır. Yüksək İqtisadiyyat Məktəbinin hesabatında qeyd edilir ki, iqtisadi böhranın ən çox təsir etdiyi seqmentlər arasında ixtisaslı gənclər xüsusi yet tutur. RBC agentliyinin bildirdiyinə görə, Yuri Levada mərkəzinin təşkil etdiyi konfransda qeyd edilib ki, xalqın "depressiya halı” ən yüksək səviyyəyə çatıb.
Yüksək İqtisadiyyat Məktəbinin hesabatına görə, Rusiyada gəliri yoxsulluq sərhədinin ikiqat üzərində olan şəxslərin əhaliyə nisbəti 25 faizdir. Xalqın 12 faizi aclıq həddində yaşayır.

“Wilkileaks” Fransanın enerji şirkətini günahlandırır
“Wilkileaks” Fransanın enerji şirkəti “Areva”nı Mərkəzi Afrika Respublikasıdakı köhnə zavodlarında işləyən işçiləri radiasiyadan qorumamaqda günahlandırır. “Areva”nın bölgəni tərk etməsi ilə bağlı hazırlanan imzasız hesabatda, işçilərin uran olan torpaqla birbaşa təmasda olduğu və qurğuların reabilitasiya əməliyyatları tamamlanmadan bağlanıldığı iddiası irəli sürülür. Hesabatda, həmçinin firmanın işçilərinin sağlamlıq vəziyyətinə bağlı sənədləri məhv etdiyi iddia edilir.
RFI radiosuna danışan “Areva”nın məsul şəxsi Gilles Recoche, işçilərin sağlamlıq vəziyyəti ilə əlaqədar iddiaları rədd edib. Recoche, bütün işçilərin radiasiyaya qarşı qorumalı formalar geydiyini və radioloji səhiyyə həyata keçirildiyini deyib. O, “Areva”nın, işçilərin sağlamlığı ilə bağlı hesabatları rəsmi qurumlara təqdim etdiyini da qeyd edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib
06.12.2019
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk
06.12.2019
Prezident: Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır
05.12.2019
Prezident: Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar
05.12.2019
Prezident: Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info