Ziyad Səmədzadə: “Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ başlanıb”
Tarix: 09.02.2016 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


"Artıq Azərbaycanın iqtisadiyyatında, iqtisadi inkişafında yeni mərhələ başlanıb. Bu mərhələdə də əsas məqsəd dünyadakı qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatının davamlılığını, eyni zamanda, keyfiyyətli inkişafı təmin etmək, milli iqtisadiyyatı, daxili bazarı qorumaq və iqtisadiyyatın neftdən asılılığını azaltmaqdan ibarətdir". Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 9-da keçirilən iclasında adıçəkilən komitənin sədri Ziyad Səmədzadə dilə gətirib. Onun sözlərinə görə, xüsusilə, manatın devalvasiyasından, "üzən məzənnə"yə keçilməsindən sonra ölkə iqtisadiyyatının inkişafını təmin etmək məqsədi ilə dövlət, hökumət tərəfindən çox böyük və əhəmiyyətli addımlar atılır: "Bütün nazirlər, komitə sədrləri, millət vəkilləri regionlarda çoxsaylı görüşlər keçirir, insanların, vətəndaşların təkliflərini dinləyir, eyni zamanda, birmənalı şəkildə bildirirlər ki, ölkə iqtisadiyyatının inkişafının dayanıqlılığını təmin etmək üçün geniş iqtisadi imkanlar var və bu imkanların da hərəkətə gətirilməsi üçün hökumət tərəfindən addımlar atılır. Bütün bunlar da öz növbəsində imkan verir ki, Azərbaycan dünyadakı qlobal maliyyə-iqtisadi böhran və onun ölkəmizə müəyyən təsirlərinə baxmayaraq, bu prosesdən yenə üzüağ və uğurla çıxa biləcək".
Fuad




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
“LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
27.11.2020
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
26.11.2020
“Gilan Holdinq” qazimizə ev verdi
26.11.2020
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib
24.11.2020
Artıq hamı ev tikə bilər...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
2 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
3 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
4 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
5 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info