Biznesin lisenziyalaşdırılması maksimum sadələşdirilir
Tarix: 09.02.2016 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Azərbaycanda dövlət orqanlarını lisenziyaların alınması ilə bağlı sahibkarlara beş gün ərzində metodik yardım göstərməyə təhkim etmək təklif olunur. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən "Lisenziyalar və icazələr haqqında" qanun layihəsində nəzərdə tutulub.
İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, bu, sahibkarların əlavə xərclər çəkməməsi və əvvəlcədən lisenziyanı almağa hazır olmalarına əmin ola bilmələri üçün lazımdır.
Bundan başqa, qanun layihəsi elektron lisenziyaların verilməsini də nəzərdə tutur.
S.Məmmədovun sözlərinə görə, qanunda "Susmaq razılıq əlamətidir" prinsipi də nəzərdə tutulub: "Bununla da nəzərdə tutulmuş müddət ərzində dövlət orqanı lisenziya almaq üçün müraciətin baxılması üzrə sorğunu cavabsız qoyubsa, o, avtomatik olaraq verilmiş sayılır. Verilmiş lisenziya avtomatik olaraq vahid reyestrə daxil edilir. İstənilən orqan onun köməkliyi ilə sahibkarın lisenziyasının olub-olmamasını yoxlaya bilər".
Qanun layihəsi lisenziyaların verilməsini 15 gündən 10 günə, icazələrin isə 7 günədək azalmasını da nəzərdə tutur.
Müzakirələrin yekunu üzrə qanun layihəsi Milli Plenar iclasın tövsiyə olunub.




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Samir Şərifov: “Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək”
12.11.2019
Mikayıl Cabbarov: “Ünvanlı dövlət sosial yardımın özünüməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”
12.11.2019
AtaBank-ın ənənəvi əmanət kampaniyası başlayır
12.11.2019
İzmirli iş adamları Azərbaycana işgüzar səfər ediblər
12.11.2019
AYİB Azərbaycanda ümumi daxili məhsulun artımını proqnozlaşdırır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info