“Excelsior Hotel & Spa Baku”nun baş meneceri “İlin Hotel Meneceri” oldu
Tarix: 09.02.2016 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraz Azərbaycanda turizmin inkişafına verdiyi töhfəyə görə “Business Time” jurnalının təsis etdiyi “Azeri Business Award” Milli mükafatının “İlin Otel Meneceri” nominasiyasına layiq görülüb. Təqdimat mərasimində “Azeri Business Award” Milli mükafatınını qəbul edən Turhan Poyraz bu etimada görə mükafat təsisçilərinə minnətdarlığını bildirib: “Belə önəmli bir nominasiyada “Business Time” jurnalı məni birinci yerə layiq gördüyünə görə minnətdaram və jurnalın redaksiya heyətinə çox təşəkkür edirəm. Bu, Azərbaycan kimi turizm və otelçilikdə inkişaf edən ölkədə çox dəyərli bir qiymətləndirmədir. Mənim ilin ən yaxşı otel meneceri seçilməyim fəaliyyətimə göstərilən etimaddan irəli gəlir”.
“Azeri Business Award” mükafatı milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılara təqdim olunur və qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin biznesinin inkişaf tempi götürülür. Mükafatın təqdimetmə mərasimi 5 fevral 2016-cı il tarixində keçirilib.
“Excelsior Hotel & Spa Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
İŞİD liderinin ən yaxın köməkçilərindən birinin harada olduğunu bilirik
13.11.2019
Koçaryan Paşinyanı Azərbaycanla qorxudur
13.11.2019
Türkiyədən Almaniyaya terrorçuların deportasiyasına başlandı
12.11.2019
Rusiya Ebola əleyhinə peyvənd istehsalına başladı
12.11.2019
Prezident BƏƏ İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info