“Sonuncu samuray” xərçəngə qalib gəlməyə çalışır
Tarix: 12.02.2016 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Yaponiyada doğulmuş Hollivud ulduzu, “Sonuncu samuray” filmində əsas rolun ifaçısı Ken Vatanabe mədə xərçənginə qarşı müalicə alır.
Buna baxmayaraq, o, pərəstişkarlarına yenidən ekranlara çıxacağını vəd edib. K.Vatanabe beynəlxalq aləmdə nüfuz qazanan azsaylı yapon aktyorlarından biridir. İyirmi il əvvəl aktyor leykemiyadan uğurla müalicə olunduğuna görə, yeni xəstəliyi də mərdliklə qarşılayıb. Aktyor öz “Tvitter” səhifəsində bildirir ki, xərçəng ilk mərhələdə aşkar edildiyindən sağalmaq şansı çox böyükdür. Amma hazırda müalicə aldığına görə, 56 yaşlı aktyor Brodveydə səhnələşdirilən “Kral və mən” əsərində oynaya bilməyəcək. Ken Vatanabe tamaşaçılara “Betmen: Başlanğıc”, “İvocimadan məktublar”, “Başlanğıc”, həmçinin “Transformerlər” filminin dördüncü hissəsindən yaxşı tanışdır. “Sonuncu Samuray” filmində ifasına görə K.Vatanabe ən yaxşı ikinci plan aktyoru nominasiyasında Oskar mükafatına layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr
19.07.2019
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.2019
İnteqrasiya Mərkəzində İmadəddin Nəsiminin yubileyi qeyd olunub
18.07.2019
Camal Əliyev Kinqs-Linn Festivalında çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info