“Sabahın alimləri” V Respublika müsabiqəsi başa çatır
Tarix: 13.02.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


“Ölkəmizin ümumi təhsil müəssisələrində həyata keçirilən islahatların əsas hədəfləri sırasında gənclərdə yetkin düşüncə tərzinin, vətəndaşlıq mövqeyinin formalaşdırılması və onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi xüsusi yer tutur”
Gənclərin istedadlarının üzə çıxarılması, perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində davamlı tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri kimi ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, həmçinin ciddi elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək məqsədi ilə təhsil naziri Mikayıl Cabbarov tərəfindən “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi haqqında əmr imzalanıb. Qeyd edək ki, bu müsabiqə artıq bir neçə müddətdir ki, ölkəmizdə təşkil olunur. İlk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən 2011-ci ildə bununla bağlı əmr imzalanıb. 23-24 fevral tarixlərində isə Bakıda “Sabahın alimləri” Respublika müsabiqəsi keçirilib.

Ötən il müsabiqədə ilk üç yerə 47 layihə verilmişdi

Ötənilki müsabiqənin nəticələri ilə bağlı Heydər Əliyev Mərkəzində “Sabahın alimləri” IV Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdi ki, burada dövlət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının əməkdaşları, təhsil ekspertləri və təhsil müəssisələrinin rəhbərləri də iştirak edirdilər. Bir daha vurğulanmışdı ki, “Sabahın alimləri” Respublika müsabiqəsinin keçirilməsində əsas məqsəd yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarətdir. Bu müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. 2015-ci ildə təşkil olunan müsabiqədə 195 şagird 96 elmi layihə ilə iştirak etmişdi ki, onlardan 27-i fərdi, 69-u kollektiv layihə olmuşdu. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim etmişdi.
Müsabiqə üç gün ərzində keçirildi. Sonuncu gün “Açıq qapı” saatları təşkil olundu, şagird və müəllimlərə, həmçinin media nümayəndələrinə layihələrlə tanış olmaq imkanı yaradıldı. Müsabiqəyə təqdim olunan layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirildi. Qiymətləndirmə nəticəsində ilk 3 yerə layiq görülən 47 layihə müəyyənləşdirildi. Qaliblərə diplom, medal və pul mükafatı təqdim olundu.
Onu da qeyd edək ki, “Sabahın alimləri” IV Respublika müsabiqəsinə həsr olunmuş film hazırlanmışdı. Filmdə 12-14 fevral 2015-ci il tarixlərində Bakı şəhərində keçirilmiş müsabiqənin əhəmiyyəti və məqsədi haqqında ətraflı məlumat verilirdi. Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin şagirdləri, “Sabahın alimləri” IV Respublika müsabiqəsində I yerə layiq görülmüş Nigar Sərdarlı və Mədət Sərdarlı may ayında ABŞ-da keçiriləcək Elm və Mühəndislik sərgisində iştirak etmək hüququ qazanmışdılar. Liseyin X sinif şagirdləri Leyla Ələkbərli və Vüsalə Süleymanova isə “Böyük şəhərlərin yaşıllaşdırılması ilə bağlı ekoloji model” adlı layihələri ilə Niderlandda keçiriləcək İNESPO olimpiadasının və Keniyada keçiriləcək “GOLDEN KLİMAT” olimpiadasının final mərhələsinə dəvət almışdı.

Müsabiqədə 11 şəhər və rayonun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edib

2016-cı ildə də nazirin əminə əsasən həmin müsabiqəyə yenidən start verilib. Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Sabahın alimləri” V Respublika müsabiqəsinin açılış mərasimi keçirilib. Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.
Tədbirdə iştirak edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Ölkəmizin ümumi təhsil müəssisələrində həyata keçirilən islahatların əsas hədəfləri sırasında gənclərdə yetkin düşüncə tərzinin, vətəndaşlıq mövqeyinin formalaşdırılması və onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi xüsusi yer tutur. Son illərdə respublika fənn olimpiadalarında iştirak edən şagirdlərin sayının artdığını deyən nazir elmin populyarlaşdırılması istiqamətində görülən işlərdən danışıb, ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi mexanizminin hazırlandığını vurğulayıb. Təhsil naziri innovativ fikir yarışması olan bu müsabiqənin gənclərə müxtəlif problemlərin elmi həlli yollarını axtarıb tapmağa kömək edəcəyini nəzərə çatdırıb.
AMEA-nın prezidenti Akif Əlizadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, “İntel” korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva müsabiqənin gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətini qeyd ediblər.
2013-cü ildə “Sabahın alimləri” müsabiqəsinin qalibi olan, hazırda Kanadanın Vaterloo Universitetində turizm sahəsi üzrə təhsil alan Murad Əlizadə müsabiqədə qazandığı təcrübəni bölüşüb, əldə etdiyi uğurlardan danışıb.
“Sabahın alimləri” müsabiqəsində ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edib. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir.
Bir sıra universitetlər tərəfindən elmi dəstək verilən müsabiqə 8 kateqoriya üzrə keçirilib. Riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərindən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqəyə yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramının təsviri olan layihələr qəbul edilib.
Müsabiqə üç gün davam edib. Müsabiqənin ikinci günündə münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi aparılıb, eyni zamanda müsabiqənin Təlim Akademiyası fəaliyyət göstərib. Günün sonunda isə ölkəmizin görkəmli alimləri ilə şagirdlərin görüşü keçirilib. Fevralın 13-də isə günün birinci yarısında elan olunacaq “Açıq qapı” saatlarında Bakı şəhərindəki məktəblərin şagirdləri və müəllimləri, eləcə də media nümayəndələri layihələrlə tanış olacaqlar. Günün ikinci yarısında isə qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.
Müsabiqə qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilmiş 3 layihənin müəllifləri cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək InteI ISEF - Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək imkanı qazanacaqlar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info