“Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir”
Tarix: 15.02.2016 | Saat: 21:00:00 | E-mail | Çapa göndər
Bakı-Tbilisi-Qars dəmir yolu reallaşdırılmağa başlayandan sonra Qərb dövlətlərinin, o cümlədən İpək Yolunun üzərində yerləşən Çin də daxil olmaqla Asiya dövlətlərinin diqqətini cəlb edib. Bunu Trend-ə müsahibəsində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım deyib.
Nazir bildirib ki, bu layihənin həyata keçirilməsi sayəsində Asiya ilə Avropa arasında ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizi yalnız Türkiyə ərazisindən deyil, o cümlədən Azərbaycan və Gürcüstan ərazisindən keçəcək.
B.Yıldırım vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu “Mərmərə” layihəsi (Türkiyə) ilə birləşdirildikdən sonra daha böyük əhəmiyyətə malik olacaq və beləliklə, Avropa ilə Asiyanı birləşdirəcək: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir və bu dəmir yolu ilə yüklərin daşınmasına 2017-ci ildə başlanılması gözlənilir”.
Nazirin sözlərin görə, Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyə, Azərbaycan və Gürcüstan arasında qonşuluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək və bu ölkələrdə istehsal edilən məhsulların dünya bazarına çıxarılmasına imkan verəcək: “Bütün bunları nəzərə alsaq, BTQ Türkiyə üçün sadəcə bir dəmir yolu kimi deyil, o cümlədən iqtisadi və mədəni baxımdan da mühüm əhəmiyyət kəsb edir”.




 
Bölməyə aid digər xəbərlər
24.11.2017
İtaliya portalı:” Azərbaycanda sürətli inkişaf baş verir”
24.11.2017
Qahirədə multikulturalizmin Azərbaycan modelindən danışılıb
24.11.2017
Hüseyn Hanzadi: “Xəzər sülh və dostluq dənizi olaraq qalacaq”
22.11.2017
“Beynəlxalq təşkilatlar işğalçılığa, separatizmə qarşı effektli mübarizə aparmalıdırlar”
21.11.2017
Türkiyə NATO ilə əlaqələri kəsməyi planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Azərbaycanda multikulturalizm modeli
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info