İrəvan xanlığı ilə bağlı kitab Meksikada təqdim olunub
Tarix: 16.02.2016 | Saat: 11:27:00 | E-mail | Çapa göndər
Meksikanın mötəbər ali təhsil qurumlarından biri olan “ANAHUAC” Universitetinin (Universidad Anahuac) Qlobal Araşdırmalar Fakultəsində Səfirlik tərəfindən ispan dilinə tərcümə edilmiş və Meksikada nəşr olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimalı Azərbaycan torpaqlarına köçürülməsi” adlı kitabın təqdimat mərasimi keçirilib.
Bu barədə Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyindən məlumat verilib.
Təqdimatda Anahuac Universiteti Beynəlxalq Araşdırmalar Fakultəsinin Dekanı Karlos Kamaço Qaos (Carlos Camacho Gaos), universitetin tələbə, müəllim və müxtəlif dərəcəli elmi işçi heyəti iştirak edib.
Tədbir giriş sözü ilə açan Karlos Kamaço Qaos çıxış edərək bildirib ki, Səfir İlqar Muxtarovun Meksikada diplomatik fəaliyyəti artıq başa çatır, həmçinin bu tədbirin bir növ vidalaşma mərasimi olduğunu söyləyib. K.K.Qaos Səfir İ.Muxtarovun Meksikada olduğu müddət ərzində ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə öz töhfəsini verdiyini bildirib, eyni zamanda Anahuac Universiteti ilə yaxından əməkdaşlıq etməsi münasibətilə təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Eləcə də tədbirin mahiyyəti barədə məlumat verib, Azərbaycan tarixi həqiqətlərinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra Səfir İlqar Muxtarov çıxış edərək, ölkəmizin ərazisi, əhalisi, Azərbaycanın müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə olmasından, həmçinin burada müsəlmanların, xristianların və başqa dinlərin nümayəndələrinin bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşamaları barədə məlumat verib.
Daha sonra İ.Muxtarov, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimalı Azərbaycan torpaqlarına köçürülməsi” adlı tarixi kitabın çap edilməsinin əhəmiyyətini qeyd edərək, bu kitabın işıq üzü görməsinin Azərbaycan tarix elmində diqqətəlayiq bir hadisə olduğunu bildirib. Nəzərə çatdırıb ki, kitabda, XVIII əsrin ortalarında Nadir şah imperiyasının süqutundan sonra meydana gələn, Cənubi Qafqazın tarixində əhəmiyyətli rol oynayan, XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan Azərbaycan dövlətlərindən birindən - İrəvan xanlığından bəhs olunur. Qeyd edib ki,kitabda XIX əsrin əvvəllərində baş verən Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türklərindən ibarət olması təkzibolunmaz mənbələr əsasında sübuta yetirilib və erməni müəlliflərin xanlığın xristian əhalisi barədə uydurma fikirləri - əhalinin əksəriyyətinin guya ermənilərdən ibarət olması ideyası ifşa olunur.
Həmçinin diqqətə çatdırıb ki, XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən qanlı müharibələr nəticəsində ələ keçirilən İrəvan xanlığının ərazisinə ermənilərin köçürülməsi çoxsaylı arxiv materialları, xüsusilə köçürülmə prosesini tənzimləyən rəsmi dövlət sənədləri - təlimatlar vasitəsilə əks olunub.
Daha sonra səfir İ. Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırmının nəticələrindən bəhs edib. Qeyd edib ki, Xocalıda baş vermiş soyqırımı hadisəsi ermənilər tərəfindən 200 ildən artıq müddət ərzində azərbaycanlılara qarşı törədilmiş qeyri-insani və qəddar cinayətlərin davamıdır. Bildirib ki, ermənilər “dənizdən dənizə böyük Ermənistan” yaratmaq barədə təcavüzkar və uydurma ideyalarına əsasən, keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə 1988-ci ildən etibarən ölkəmizə qarşı ərazi iddiaları irəli sürüblər. Bunun nəticəsi olaraq Azərbaycanın Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayon işğal edilib. 1992-ci il fevralın 26-da Xocalıda erməni silahlı birləşmələrinin törətdiyi soyqırımı nəticəsində 613 nəfərin həyatına son qoyulduğunu diqqətə çatdırılıb.
Səfir vurğulayıb ki, bu günədək Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər cəzasız qalırlar və beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş vermiş hadisələrin tanınması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməkdədir. BMT TŞ-nin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi və qaçqınların öz evlərinə qayıtmaları haqda 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin heç birinin icra olunmadığı qeyd edib.
Eyni zamanda Səfir İ.Muxtarov bildirib ki, artıq bir neçə ölkənin parlamentlərində (Meksika, Kolumbiya, Peru, Panama, Qvatemala, Honduras, Pakistan, Sloveniya və s), həmçinin İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər İttifaqında, Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərarlar qəbul edilib.
Tədbirin yekununda yönəldilən çoxsaylı suallara cavab verilib və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib. Həmçinin səfirlik tərəfindən ispan dilində hazırlanmış və Meksikada dərc edilmiş “Xocalıda Soyqırım” jurnalı, tərəfimizdən ispan dilinə tərcümə edilərək Meksikada nəşr olunub “Sumqayıt 1988: Cinayət və Cəza” və “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabları iştirakçılara və universitetin kitabxanasına təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
“Made in Azerbaijan“ brendi ilə beynəlxalq aləmə çıxmaq əsas niyyətimizdir“
25.04.2018
“İrana dair yeni saziş əvvəlkindən daha geniş olacaq”
25.04.2018
"Ermənistan-Rusiya münasibətləri erməni xalqının maraqları üzərində qurulmalıdır"
24.04.2018
“İranla nüvə sazişi imzalanmamalı idi“
24.04.2018
AŞPA-nın sessiyasında ölkəmizə qarşı yönələn hədəflərin qarşısını alaraq öz mövqeyimizi nümayiş etdirdik

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info