Erməni parlamentarilərin AŞPA-da daha bir uğursuzluğu
Tarix: 16.02.2016 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyan AŞPA-da səsvermə hüququndan məhrum edilə bilər.
“News.am” saytının verdiyi xəbərə görə, bu barədə “Aykakan Jamanak” nəşri məlumat yayıb.
Nəşr yazır ki, buna səbəb N. Zöhrabyanın Türkiyə nümayəndə heyətinin üzvü, milliyətcə erməni Marqar Yesayana təzyiq göstərməsidir. Qeyd edilir ki, Türkiyə nümayəndə heyəti N. Zöhrabyanın davranışı ilə əlaqədar AŞPA-ya etiraz məktubu ünvanlayıb. Məktubda N. Zöhrabyanın M. Yesayanı təhqir etdiyi vurğulanıb.
“Mənbələrimizin dediyinə görə, Pedro Aqramunt məsələni İntizam komissiyasına göndərəcək və AŞPA-nın apreldə keçiriləcək yaz sessiyasında Zöhrabyana qarşı sanksiyalar tətbiq edilə bilər. Hazırda onun səs hüququndan məhrum edilməsi müzakirə olunur”, - deyə məqalədə bildirir.
Artıq N. Zöhrabyan da məsələyə münasibət bildirib: “AŞPA prezidenti Pedro Aqramuntun məqsədi məni qətiyyən maraqlandırmır. Səsvermə hüququmdan məhrum ediləcəyimdən də qətiyyən narahat deyiləm. Mən Marqar Yesayana münasibətdə düzgün davranış sərgiləmişəm”.
Qeyd edək ki, AŞPA-nın qış sessiyasının gedişində M. Yesayan Robert Uolterin müəllifi olduğu “Dağlıq Qarabağ və ətraf ərazilərdə zorakılığın artması” qətnamənin lehinə səs verib. Bundan sonra N. Zöhrabyan ona yaxınlaşıb və mövqeyini bildirib.APA
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır
17.04.2019
Riç Outzen: “Türkiyə ilə əlaqələrdə uğursuzluq görmək istəmirik”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info