“Azərbaycanın töhfələrini yüksək qiymətləndiririk”
Tarix: 16.02.2016 | Saat: 14:26:00 | E-mail | Çapa göndər
“Azərbaycan prezidenti və xarici işlər nazirinə NATO ilə əməkdaşlığa verdikləri töhfələrə görə təşəkkür etdim”.
Bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. O bildirib ki, Azərbaycan NATO ilə birgə səylər üçün etibarlı, əhəmiyyətli və dayanıqlı töhfə verən bir ölkədir: “Bunun ən böyük nümunəsi isə Əfqanıstanda əməkdaşlıqdır. Azərbaycanın Əfqanıstanla xüsusi əlaqələri mövcuddur. Biz əfqan təhlükəsizlik qüvvələrinə təlim keçmək sahəsində birgə işləyirik. Bildiyimə görə, bir neçə həftə ərzində əfqan rəsmiləri Azərbaycana gələcəklər. Bizim hər birimiz Əfqanıstanın öz təhlükəsizliyini təmin etməyə qadir olmasında maraqlıyıq. Azərbaycanın bu sahədəki töhfələrini yüksək qiymətləndiririk. NATO həmçinin Azərbaycanın təhlükəsizliyinə töhfə verir. Biz Azərbaycanla müdafiə sahəsində islahatlar və bu sahənin daha effektli olması üçün ölkəni texniki və zəruri məsləhətlə təmin etmək üçün davamlı işləmişik”.
 
 
C. Appaturay qeyd edib ki, Fərdi Tərəfdaşlıq Planı (IPAP) çərçivəsində əməkdaşlıq yaxşı gedir: "Bu, iki illik bir dövrü əhatə edir və biz ikinci ilin sonuna yaxınlaşırıq. Mənim həmkarım bu yaxınlarda Azərbaycana gələcək və növbəti 2 illiyin başlaması üçün müzakirələr aparacaq. Biz yenilənmiş məqsədləri də müzakirə edəcəyik. Əməkdaşlıq yaxşı gedir. Azərbaycan görmək istədiyimiz işlərin həyata keçirilməsi sahəsində bizimlə çox sıx işləyir. Bu, çox müsbətdir. Bizim təklif edə biləcəklərimizdən daha çox imkan var. Məsələn, müdafiə sahəsində effektivliyi və şəffaflığı artırmaq kimi məsələlər. Bütün hallarda biz bundan çox razıyıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2017
Türkiyə NATO ilə əlaqələri kəsməyi planlaşdırmır
21.11.2017
Bakı Turizm Filmləri Festivalı İspaniya mətbuatında
20.11.2017
“Qarabağ”a qalib gəlmək asan olmayacaq”
20.11.2017
Brüsseldə separatizmlə bağlı Forum keçirilir
19.11.2017
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7746

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info