“Qremmi” musiqi mükafatı sahiblərinin adları açıqlanıb
Tarix: 17.02.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Los-Ancelesdə nüfuzlu musiqi mükafatlarının 58-ci təqdimetmə mərasimi keçirilir. Rusiyanın NTV telekanalı xəbər verir ki, “Ən yaxşı musiqi albomu” nominasiyasında mükafat “1989” adlı diskə görə populyar müğənni Teylor Sviftə verilib.
Amerikalı reper Kendrik Lamar “To Pimp a Butterfly” albomu ilə nominasiyaların sayına görə rekord qazanıb: o, 11 müxtəlif mükafata iddia etsə də, yekunda 5 nominasiyada qalib gəlib. “Ən yaxşı mahnı” nominasiyasında “Qremmi” mükafatına britaniyalı Ed Şiran və onun “Thinking Out Loud” kompozisiyası layiq görülüb. Digər britaniyalı musiqiçi Mark Ronson və amerikalı Bruno Mars müştərək “Uptown Funk” kompozisiyası ilə “İlin səsyazması” nominasiyasının qalibləri olublar. Qalmaqallı müğənni Ledi Qaqa bu il mükafat əldə edə bilməsə də, öz çıxışı ilə hamını heyrətləndirməyi bacarıb: o, səhnəyə milyonların pərəstiş etdiyi Devid Boui obrazında çıxıb. Mərasimin açılışında Qaqa onun ən məşhur hitlərini ifa edib. Bir qədər əvvəl “Ən yaxşı danışıq albomu” nominasiyasında “Qremmi” mükafatının ABŞ-ın 39-cu prezidenti Cimmi Karterə verildiyi bildirilib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
21.11.2018
Moskvada “Yeddi gözəl” sərgisi açılıb
21.11.2018
Azərbaycanlı musiqiçi Nyu Yorkda “Carnegie Hall”un səhnəsində çıxış edib
20.11.2018
Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
20.11.2018
Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illiyi qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info