Xocalı soyqırımına həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir keçiriləcək
Tarix: 17.02.2016 | Saat: 16:34:00 | E-mail | Çapa göndər
Fevralın 23-də Prezident Administrasiyası rəhbərinin sərəncamına uyğun olaraq Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan İstiqlal Muzeyi və Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçərişəhər Tarixi Muzeyi birgə Xocalı soyqırımına həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil olunacaq.
Tədbirdə Əməkdar rəssam Əşrəf Heybətin Xocalı soyqırımına həsr etdiyi “XX əsrin faciəsi - Xocalı” adlı rəsm əsərinin təqdimatı keçiriləcək.
Ə.Heybət 1951-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra Tbilisi Rəssamlıq Akademiyasında, daha sonra isə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya oyunlarının bədii tərtibatında iştirak edən rəssam, Moskvada fəaliyyətini davam etdirərək, böyük uğur qazanır. Ə.Heybət çox geniş diapozona malikdir. O, portret, mənzərə, natürmort janrlarında işlədiyi əsərlərlə bərabər, iri həcmli monumental əsərlərin də müəllifidir.
7 il əvvəlcə Əşrəf Heybətin yaratdığı “XX əsrin faciəsi- Xocalı” adlı pannonun təqdimatı Berlində baş tutub. Ölçüsü 2,5×1 metr olan triptixdə müəllif Azərbaycan xalqına qarşı soyqırımın bütövlükdə bəşəriyyətə yönələn cinayət xarakterini açmağa müvəffəq olub. Bədii obrazlar vasitəsilə faciənin bütün dəhşətlərinin əks olunduğu əsərdə əsasən sənətkar parlaq qırmızı, qatı qara rənglərdən və xəttlərdən istifadə edib.
2008-ci ildə Ə.Heybət 20 Yanvar faciəsinə həsr olunub “20 Yanvar - Bakı” pannosu, 2016-cı ildə isə Xocalı faciəsinə həsr olunmuş triptixi Azərbaycan İstiqlal Muzeyinə hədiyyə verilib.
Əşrəf Heybət Rusiya Federasiya Rəssamlıq Akademiyasının həqiqi, bu ölkənin Rəssamlar İttifaqının, UNESCO-nun Rəssamlar Federasiyasının, Almaniya Rəssamlar Birliyini üzvü, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür.
Tədbirdə “Günay Uşaq Teatrı” tərəfindən hazırlanan Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunacaq.
Tədbirdə Milli Məclisin üzvləri, elm xadimləri, Respublikamızda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
29.02.2016
“Jewish News Service (JNS)”də Xocalı haqqında məqalə dərc edilib
29.02.2016
Niderland Parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanıb
29.02.2016
Ankarada Xocalı soyqırımı qurbanları anılıb
26.02.2016
“Həmin gün baş verənlər heç vaxt yaddan çıxmayacaq”
26.02.2016
Niderlandın D66 partiyasından Xocalı soyqırımına müsbət reaksiya

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5217

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
4 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
5 Yapon məktəblilərindən məktublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info