“Dünyadakı böhranın hələ sonu görünmür”
Tarix: 17.02.2016 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Avropada da problemli kreditlərin həcmi hər gün artır

Bugünlərdə Prezident İlham Əliyev Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, dünya iqtisadiyyatı böhran içindədir, böhran davam edir: “Bu ilin əvvəlində iştirak etdiyim beynəlxalq iqtisadi və təhlükəsizlik forumlarında mənim əldə etdiyim nəticə ondan ibarətdir ki, bu böhranın hələ sonu görünmür. Bölgəmizdə iqtisadi böhran, bəzi hallarda hərbi və siyasi böhran yaşanır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf ölkəsidir. Baxmayaraq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, ancaq biz daha da səmərəli işləməliyik. Əminəm ki, biz xüsusilə aqrar, emal, sənaye sektorlarının inkişafı hesabına iqtisadi yüksəlişə nail olacağıq. Əminəm ki, 2016-cı il ölkəmiz üçün uğurlu olacaq. Büdcəyə dəyişiklik olunacaq və biz neftin qiymətinin minimum səviyyəsi - 25 dollar səviyyəsi ilə lazım olan bütün sosial və investisiya layihələrini icra edəcəyik. Neftin qiyməti dörd dəfə düşüb. Əlbəttə ki, bu, neft hasil edən ölkələr üçün böyük sınaqdır. Ancaq təbii resurslara malik olmayan ölkələr də çətinlik çəkir. Çünki onlar üçün ənənəvi bazarlar indi onların məhsulunu əvvəlki illərdəki kimi ala bilmir. Əlbəttə ki, neftin qiymətinin düşməsi təbii resurslarla zəngin olmayan ölkələri də narahat edir”.


Dünya iqtisadiyyatını gözləyən təhlükələr

Dünya iqtisadiyyatını təhdid edən risklər artmaqdadır. Qlobal maliyyə böhranının baş verməsinin üzərindən səkkiz il keçdi. Yaralar hələ tamamilə sağalmayıb və dünya iqtisadiyyatının zəifliyini aradan qaldıracaq bir düstur tapılmayıb. Xammal qiymətləri düşür, inflyasiya hərəkətlənir, mənfi faizə baxmayaraq inkişaf etmiş ölkələr durğunluğa sürüklənir, etibarsızlıq artır. Birja indeksləri bal itirərkən, ucuz pul siyasətinə baxmayaraq, şirkətlər və istehlakçı kredit tələbini artıraraq iqtisadiyyatı canlandıracaq təsir yaratmır.
Bazarları narahat edən risklərə gəldikdə isə qeyd edək ki, Çin iqtisadiyyatındakı ani yavaşlama qlobal böyüməni iflasa uğrada bilər. Əmtəə tələbinin düşməsi neft və xammal ixracatçısı olan ölkələri çətinliyə salıb. İqtisadiyyatı neft və təbii qaz ixracına yönümlü olan Rusiya böhrana sürükləndi, rubl dəyər itirdi.
Almaniyanın “Daimler” şirkəti 2015-ci ildə əldə etdiyi 13,8 milyard avroluq mənfəətinin 41 faizini Çində satdığı lüks modellərinə borclu idi. Şirkət 2016-cı ildə proqnozlarını aşağı salıb risklərin fürsətlərdən daha ağır olduğunu elan edincə, səhmlər sürətlə dəyər itirməyə başladı.

Avropada 1,2 trilyon avroluq problemli kreditlər var

İnvestisiya sərmayəsi Braziliya, Rusiya, Cənubi Afrika və Türkiyə kimi bir zamanların yüksələn bazarlarından çəkilməyə başladı. 1988-ci ildən bəri dəqiq sərmayə girişi qeyd edilən bu ölkələrdən 2015-ci ildə 735 milyard dollarlıq sərmayə çıxdı. Yüksələn bazarlar artıq əvvəlki kimi yüksəlmir. Qlobal iqtisadi böyümə sürətinin 70 faizi inkişaf edən ölkələrdən qaynaqlanır.
Dünya iqtisadiyyatının Çindən sonrakı ikinci dayağı olan ABŞ- da da zəifləmə əlamətləri özünü göstərir. Hələlik güclü böhran olmasa da Amerika iqtisadiyyatının böyümə sürəti 2015-ci ilin son rübündə 0,7 faiz gerilədi. Sənaye istehsalı düşdü. İşsizliyin azalmasına baxmayaraq, ödənişlər artmadı, şirkətlər isə qlobal sarsıntılar üzündən narahatlığa qapıldı. FED-in faiz addımı dolların xarici dəyərini artırsa da, ixracata mənfi təsir etdi. Amerika və Avropa banklarının depozit həcmi sıxıldı. Neftin ucuzlaşması, bahalı hidravlik üsulu ilə neft və təbii qaz çıxaran Amerika şirkətlərini qazancsız mədənləri bağlamağa məcbur edir.
Dörd böyük İtaliya bankının qurtarılması və geri dönməsi şübhəli olan kredit həcminin böyüməsi bank hissələrinin düşməsinə yol açdı. Avro bölgəsindəki 19 ölkədə şübhəli kredit miqdarı 1,2 trilyon avroya yüksəldi.
2015-ci ili zərər rekordu ulə bağlayan “Deutsche Bank”ın idarə heyəti başçısı John Cryan maliyyə vəziyyətlərinin “qaya kimi möhkəm” olduğunu söyləsə də, investorun sərmayəni çəkməsi bankın səhmlərini tarixin ən aşağı səviyyəsinə çəkdi.

Rusiya Mərkəzi Bankı: “Bu gün hər kəs işini itirə bilər”

İqtisadi çətinliklərlə üzləşən və bütün dünyaya bunu eşitdirən Rusiyada Mərkəzi Bankı da hərəkətə keçdi. "Böhran var" açıqlamasını rəsmən etməsə də, Mərkəzi Bank ağ bayraq qaldırıb. Belə ki, Mərkəzi Bankın rəhbərinin köməkçisi Sergey Şvetsov, ruslara televiziya və paltaryuyan maşın kimi məhsulları satın almamalarını tövsiyə edib. O, xalqa iqtisadi böhran dövründə xərclərini məhdudlaşdırmağı təklif edib. Vətəndaşlara "ağıllı" davranmaları məsləhət görüb. TASS agentliyinin xəbərinə görə, Mərkəzi Bank səlahiyyətlisi "Bu gün hər kəs işini itirə bilər. Bu səbəblə xərcləməmək, vəsait toplamaq, istehlaka olan meyildən imtina etmək lazımdır "-deyib. Rusiyada xalqın maliyyə savadlılıq səviyyəsinin də aşağı olduğuna diqqət çəkən Şvetsov, "Birjaya qatılanların sayı 80 min, Çində isə bu rəqəm 100 milyondur” -deyə bildirib.

Fransız fermerlər küçələrə axışıb

Rusiyanın sanksiya qərarının ardından daxili bazarda düşən qiymətlər, fransız əkinçiləri küçələrə çıxardı. Belə ki, məhsulları aşağı qiymətlərə satılan fransız əkinçilər Parisdə aksiya keçiriblər. Nümayişdə kasalarla dolu yumurtanı və digər məhsullarını yerə atan fermerlər qiymətlərin yüksəldilməsini tələb edirlər.
Lyon Garı yaxınlarında təşkil edilən aksiyada polis və xilasetmə dəstələrinin əkinçilərin müdaxilə ehtimalına qarşı hazır olduqlarını bildiriblər.

Tacikistan AB Komissiyasından 251 milyon avroluq kömək alır

Bir sıra sahələrdə iqtisadi problemlərlə üzləşən Tacikistan onun həlli yollarını axtarır. Avropa Birliyi Komissiyası 2020-ci ilə qədər Tacikistana inkişaf məqsədli 251 milyon avroluq maliyyə dəstəyi göstərəcək. Brüsseldə təşkil edilən Avropa Birliyi ilə Tacikistan arasındakı 5-ci Əməkdaşlıq Şurasının toplantısında bu istiqamətdə bir qərar alınıb. Tacik mətbuatının xəbərinə görə, Avropa Birliyini Hollandiya xarici işlər naziri Bert Kunders, Tacikistanı isə xarici işlər naziri Sirociddin Aslovun təmsil etdiyi yığıncaqdan sonra açıqlamada Tacikistana 2014-2020 illər arasında inkişaf məqsədli 251 milyon avroluq bir maliyyə yardımı etmək sözüverilib. Bu maliyyə qaynağı inkişafa ehtiyacı olan, o cümlədən ictimai təhlükəsizlik, səhiyyə və təhsil sektorlarında istifadə ediləcək, deyə bildiriblər.

N.Nazarbayev: “Qlobal böhran uzun müddət davam edəcək”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev, qlobal səviyyədə baş verən iqtisadi böhranın uzun müddət daha davam edəcəyini söyləyib. Nazarbayev, Almatı şəhərində iş adamları ilə keçirilən yığıncaqda əhəmiyyətli açıqlamalar verib. Bütün dünyada iqtisadi böhranın son dərəcə ciddi bir səviyyədə olduğunu ifadə edən Nursultan Nazarbayev, Qazaxıstanın da iqtisadi böhrandan ən az zərərlə çıxmaq üçün hökumətin əlavə tədbirlər aldığını ifadə edib. Ölkəyə xarici investisiya çəkmək üçün yeni bir sıra işlərin edilməsi lazım olduğuna diqqət çəkən Nazarbayev, təbii qaynaqlar xaricində yeni iş sahələri yaradılmasının zəruri olduğunu deyib. Ölkənin inkişafı üçün bir çox layihənin, böhrana baxmayaraq, davam etdiyini dilə gətirən Nazarbayev, bu layihələrin həyata keçirilməsi üçün ən uyğun maliyyə qaynaqlarının istifadə edilməsinin son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Tacikistanın Azərbaycandakı səfiri ilə müzakirələr aparılıb
18.07.2018
“Cənubi Qafqaz regionunda media azadlığı“
18.07.2018
Ağdaşda asfalt-beton zavodu tikilir
18.07.2018
Bu il 600 kəndi əhatə edəcək 2 min km-dən artıq avtomobil yolu çəkiləcək
18.07.2018
Avropa Birliyi rəsmisi Azərbaycanda keyfiyyət dəyişikliyini yüksək qiymətləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9648

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info