“Xocalı faciəsini törədənləri lənətləyirəm”
Tarix: 18.02.2016 | Saat: 13:59:00 | E-mail | Çapa göndər
“Azərbaycan xalqına göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.
Bunu  Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Terrorun hər formasına qarşı həmişəkindən daha çox birlik içərisində olmalıyıq. Terror səbəbi ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası baş tutmadı. Ən qısa müddətdə görüş keçiriləcək. Azərbaycan ilə Türkiyə əlaqələrini daha da irəli aparmaq istiqamətində iradə var. Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək. Görüşdə bir sıra ortaq layihələri müzakirə etdik. Sabah mümkün olarsa, BTQ dəmiryol xətti layihəsini yaxından izləyəcəyik. Beynəlxalq aləmdə Azərbaycanla Türkiyə birlikdə hərəkət edir. Qarabağ problemi daxil olmaqla, bütün məsələlərdə birlikdə hərəkət edirik. Fevralın 26-da Xocalı faciəsinin ildönümüdür. Bu hadisəni törədənləri lənətləyirəm və faciə qurbanlarına allahdan rəhmət diləyirəm. Azərbaycanla terror baxış bucağımızda heç bir dəyişiklik yoxdur”.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə Ankarada baş verən terror aktı zamanı həyatının itirənlərə ailələrinə səbr dilədiyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2017
“Erməni işğalı nəticəsində dəymiş ziyan milyard yox, trilyon dollarla ölçülür”
22.02.2017
“Election Times”: “Azərbaycan İslam ölkələri üçün qürur mənbəyidir”
22.02.2017
Xocalı şəhidləri Küveytdə anılıb
21.02.2017
Xocalı faciəsindən bəhs edən kitab, film və elektron məlumat bazasının təqdimatı olub
21.02.2017
“Xocalı qətliamı Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5571

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Hansı təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək?
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info