Tovuzlu sahibkarlar Rusiyada iki topdansatış məntəqəsi yaradacaqlar
Tarix: 18.02.2016 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Tovuzlu sahibkarlar bu il Rusiyada üzümün və yarımfabrikat şərab məhsullarının satışı üçün iki topdansatış məntəqəsi yaradacaqlar. Tovuz Rayon İcra Hakimiyyətinin iclas zalında rayonda üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi, üzümün və yarımfabrikat şərab məhsullarının xarici bazarlara çıxarılması sahəsində görüləcək tədbirlərlə əlaqədar sahibkarların iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov bildirib ki, üzümçülüyün inkişafı Tovuz rayonunun iqtisadiyyatında əsas prioritet sahə kimi qəbul olunub. Rayonun təbii iqlim şəraiti bu baxımdan çox əlverişlidir. Hələ ötən əsrin 70-80-ci illərində Tovuz rayonunda üzüm bağlarının sahəsi 8000 hektara çatıb. Rayonda 14 şərab emalı zavodu fəaliyyət göstərib və 1980-ci illərdə üzüm istehsalı 106 min tona bərabər olub. Lakin 1990-cı illərdə düzgün aparılmayan aqrar siyasət nəticəsində üzüm bağları kütləvi şəkildə məhv edilib. Hazırda rayonda üzüm bağları 700 hektara çatdırılıb. Ötən il üzüm plantasiyalarından 9828 ton məhsul yığılıb.
Üzümçülüyün inkişafına yönəlmiş qanun və qərarların qəbulu, eləcə də dövlət dəstəyi sahibkarların bu sahəni yenidən dirçəltmələrinə böyük imkanlar açır. Təkcə onu qeyd etmək kifayətdir ki, üzümçülüyü inkişaf etdirmək üçün “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramına əsasən, rayonda üzüm bağlarının sahəsini 4000 hektara çatdırmaq nəzərdə tutulur.
İcra hakimiyyətinin başçısı qeyd edib ki, 2018-ci ilə qədər üzüm bağlarının sahəsi 3 min hektara çatdırılacaq.
Bildirilib ki, cari ildə Rusiyada üzümün və yarımfabrikat şərab məhsullarının satışı üçün iki topdansatış məntəqəsinin açılması məqsədilə tədbirlər görülür. Bu il 4-5 min ton üzümün və yarımfabrikat şərab məhsullarının yeni yaradılacaq topdansatış məntəqələri tərəfindən realizə edilməsi nəzərdə tutulur. Yaxın vaxtlarda isə rayonda müasir üzüm emalı zavodunun inşası planlaşdırılır.
Həmçinin vurğulanıb ki, üzümçülüklə yanaşı, rayonda kartofçuluğun, taxılçılığın və digər sahələrin inkişafını da diqqətdə saxlamaq lazımdır. Eyni zamanda, əhalini ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün rayonda istixanaların sayı da artırılmalıdır.
Sahibkarlar çıxış edərək, dövlətimizin başçısının iş adamlarına verdiyi dəstək sayəsində rayonda üzümçülüyü daha da inkişaf etdirəcəklərini bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Zaqatalada 171 nəfər könüllü qan verib
15.07.2019
Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir
13.07.2019
Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 54 minə yaxın şəxsi işlə təmin edib
13.07.2019
Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib
13.07.2019
“Kənddən şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info