“Yeni iqtisadi çağırış və modern təhsil”
Tarix: 19.02.2016 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Ali təhsil müəssisələrində aktuallığını itirən fənlərin yeni tələblərə cavab verən fənlərlə əvəzlənməsi, şirkət və müəssisələrin nümayəndələrinin tədris planları ilə yaxından tanış olması kimi təkliflər səsələndirilib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycanın nüfuzlu şirkət nümayəndələrinin və iş adamlarının iştirakı ilə tədbir keçirilib. UNEC-in Texnologiya və dizayn fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbir “Yeni iqtisadi çağırış və modern təhsil” mövzusunda olub. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məqamlara toxunacağıq. NEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov Azərbaycan Respublikası Prezidentinin ölkədə biznes mühitinin yaxşılaşdırılması və dövlət idarəçiliyində səmərəliliyin artırılması istiqamətində apardığı islahatlardan danışıb. Bildirib ki, ölkə Prezidentinin çağırışlarına UNEC real addımlarla cavab verməkdədir. Belə ki, universitetdə iqtisadi təhsilin modernləşdirilməsi və iqtisadi təhsildə keyfiyyət parametrlərinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülür.

Sahibkarlar müəssisə və şirkətlərə yerli mütəxəssislərin cəlb olunmasında maraqlıdır

D.Bağırov bildirib ki, UNEC-in tələbə və məzunlarının işlə təmin olunması universitetin prioritetləri sırasındadır. Bunun üçün də universitet iş adamları və sahibkarlarla daha sıx əməkdaşlıq etmək niyyətindədir. Görüşdə iştirak edən şirkət nümayəndələri və iş adamları müasir bazar tələblərinə cavab verən kadrların hazırlanmasında universitetlərin mühüm rol oynadığını bildirib. Azərbaycandakı zavod və müəssisələrin ən son texnologiyalar əsasında qurulduğunu bildirən qonaqlar, bu avadanlıqlardan istifadə üçün müasir standartlara cavab verən texnoloji mütəxəssislərə ehtiyac olduğunu vurğulayıb. Qeyd edilib ki, sahibkarlar da müəssisə və şirkətlərə yerli kadr və mütəxəssislərin cəlb olunmasında maraqlıdır. Çünki xaricdən dəvət olunan mütəxəssislərə daha artıq vəsait ödənilir. Bunun üçün tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin də tədris olunmasının vacibliyi qeyd olunub. Bildirilib ki, ali təhsil müəssisələrində aktuallığını itirən fənlər yeni tələblərə cavab verən fənlərlə əvəz olunmalıdır. Bunun üçün şirkət və müəssisələrin nümayəndələri tədris planları ilə yaxından tanış olmalı, gərəkli fənlərin tədrisi üçün təkliflər verməlidir. Görüşdə UNEC-in Karyera mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, UNEC tələbələri mütəmadi olaraq şirkətlərdə tanışlıq turunda olurlar. UNEC tələbələrinin digər universitetlərlə müqayisədə daha aktiv və həvəsli olduğu da bildirilib. Tədbir müzakirələrlə davam edib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün təkliflər verilib.

UNEC elmi tədqiqatları müasir standartlar səviyyəsinə yüksəltmək niyyətindədir
“Thomson Reuters” şirkətinin nümayəndəsi is’ Azərbaycan Dövlət İqtisad Universitetində seminar keçib. Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən seminarda “Thomson Reuters” şirkətinin Beynəlxalq informasiya agentliyinin Elmi tədqiqatlar və əqli mülkiyyət departamentinin Tədris şöbəsinin müdiri Valeriy Boqorov “Web of Science” platformasından səmərəli istifadə barədə məlumat verib. Platformanın xüsusiyyətləri, elmi resursların axtarışı, istifadə şəkli, istinadlar və digər spesifik mövzular barədə görüş iştirakçılarına informasiya verilib. Tədbirdə bildirilib ki, UNEC-də elmi fəaliyyətlərin stimullaşdırılması və universitetin iqtisadi tədqiqatların mərkəzinə çevrilməsi istiqamətində bir sıra addımlar atılmaqdadır. Qeyd olunub ki, “Thomson Reuters”in “WEB of Science” elmi platformasına daxil olan elmi jurnallarda məqalələr çap etdirən UNEC əməkdaşları üçün birdəfəlik pul mükafatı təsis edilib.

Azərbaycandakı zavod və müəssisələrin ən son texnologiyalar əsasında qurulduğunu bildirən iş adamları müasir standartlara cavab verən texnoloji mütəxəssislərə ehtiyac olduğunu vurğulayıblar

Mükafatın təsis edildiyi qısa müddət ərzində artıq bir neçə UNEC əməkdaşının həmin elmi jurnallarda məqalələri nəşr olunub. Yeddi nəhəng elektron elmi bazanı özündə birləşdirən “Web of Science” elmi platformasına sahib “Thomson Reuters” şirkəti Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycanın 40 ali təhsil müəssisəsinə müvafiq platformalara tam çıxış imkanı yaradıb. Qeyd edək ki, UNEC-də “Thomson Reuters” də daxil olmaqla, dünyanın elmi platformalarına elektron qaydada çıxış imkanlarına malik müasir kitabxana yaradılır. Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə universitetlərdə aparılan elmi tədqiqatları müasir standartlar səviyyəsinə yüksəltmək və nəticələrini iqtisadiyyata tətbiq etmək, həmçinin də beynəlxalq elmi əlaqələri dərinləşdirmək istiqamətlərində bir sıra mühüm addımlar atılıb. Bu istiqamətdə ən vacib hadisələrdən biri 22 dekabr 2015-ci il tarixində Təhsil Nazirliyi ilə dünyanın aparıcı transmilli kütləvi media və informasiya şirkəti olan “Thomson Reuters Corporation”nın “İntellektual mülkiyyət və elm” bölməsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması olub.

Nümunəvi dərslər başa çatıb

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində professorların iştirakı ilə keçirilən nümunəvi dərslər yekunlaşıb. Sonuncu nümunəvi dərsi Tədris və təlim texnologiyaları üzrə prorektor, professor Damət Bağırov keçib. Professorun dərsi “Büdcə təşkilatlarının maliyyə hesabatlarının komponentləri və onların tətbiqi qaydaları mövzusunda olub. Bundan başqa, nümunəvi dərslər UNEC-in bütün tədris binalarında təşkil edilib. İqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri, professor Məhiş Əhmədov “Davamlı inkişafın təmin edilməsinin dövlət mexanizmi”, Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi kafedrasının müdiri, professor Əli Əlirzayev “Sosial sferanın müdafiə sistemi və onun təkmilləşdirilməsi istiqamətləri”, İqtisadiyyat kafedrasının müdiri Əli Hacıyev “Sənayenin mövcud vəziyyəti və inkişaf perspektivləri”, Qiymət və qiymətləndirmə kafedrasının müdiri, professor Xanhüseyn Kazımlı “Valyuta bazarında qiymətin əmələ gəlməsi”, İqtisadi hüquq kafedrasının müdiri, professor Fərhad Rəhmanov “İnformaüionnoe obhestvo i pravo», Əməyin iqtisadiyyatı və təşkili kafedrasının professoru Natiq Qasımov “Əmək ehtiyatları və əmək potensialı”, Ticarət kafedrasının müdiri Məhərrəm Əkbərov “Müasir dövrdə beynəlxalq birjalar, auksionların işinin təşkili və inkişaf xüsusiyyətləri”, Marketinq kafedrasının müdiri Telman İmanov “Əmtəə bazarlarında marketinqin tətbiqi problemləri”, Fizika və kimya kafedrasının müdiri Rövnəq Rzayev “İstilik şüalanması” mövzusunda, Qida məhsulları texnologiyası kafedrasının müdiri Gülnisə Abbasbəyli “Çörək, bulka məmulatlarının texnologiyası və keyfiyyətinin yüksəldilməsi üsulları”, Dizayn kafedrasının müdiri Lalə Məmmədova “İspanskaə moda gpoxi Renessansa kak ərçayşiy v istorii fenomen sinteza raznıx stiley», Azərbaycan tarixi kafedrasının professoru Vəkil Həsənov “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)”, Texnoloji maşınlar və sahə avadanlıqları kafedrasının professoru Fazil Vəliyev “Pambığın uzunmüddətli saxlanması prosesində nəmliyin dəyişilməsi kinetikası”, Magistratura mərkəzinin direktoru, professor Qabil Manafov “İqtisadi tədqiqat metodlarının təsnifləşdirilməsi”, Nəzəri və praktiki iqtisadiyyat kafedrasının professorları Nəbiyev Rasim “Makroiqtisadiyyatın predmeti və metodu, əsas iqtisadi göctəriciləri”, Telman Babayev “Tədiyyə balansı və valyuta”, Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının müdiri Validə Mehdiyeva “Fənnin predmeti, coğrafi anlayışların yaranma mərhələləri”, Maliyyə və maliyyə institutları kafedrasının professoru Nizami Xudiyev “Sığorta bazarının formalaşması və idarəedilməsi”, professor Zahid Məmmədov “Bank sistemində böhran və antiböhran idarəetmə”, Mühasibat uçotu və audit kafedrasının müdiri, professor Sifaris Səbzəliyev “Pul vəsaitləri və onların ekvivalentlərinin uçotu”, professor Qəzənfər Abbasov “Mühasibat uçotu hesablarının təsnifatı”, professor Fazil Hacıyev “Maliyyə vəziyyətinin təhlili”, Statistika kafedrasının müdiri, professor Sakit Yaqubov “Dinamika sıraları”, Menecment kafedrasının müdiri, professor Kamil Şahbazov “Upravlenie personalom orqanizaüii”, Rus dili kafedrasının professoru Nailə Vəliyeva “Sobesedovanie, priem na rabotu” mövzusunda ustad dərslər keçiblər. Bir ay davam edən nümunəvi dərslərin məqsədi təhsilverənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda qocaman professor və təcrübəli pedaqoqların tədris və təlim texnologiyaları sahəsində öz biliklərini gənc nəslə ötürülməsi olub. Dərslərdə universitetin professor-müəllim heyəti, doktorant, dissertant, gənc müəllimlərlə yanaşı, digər ali təhsil müəssisələri, təşkilat və şirkətlərin nümayəndələri də iştirak ediblər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info