Naxçıvanda “Qan yaddaşımız Xocalı” adlı rəsm sərgisi açılıb
Tarix: 19.02.2016 | Saat: 11:05:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Xocalı soyqırımına həsr edilmiş “Qan yaddaşımız Xocalı” adlı rəsm sərgisi açılıb.
Sərgidə əksəriyyəti gənclərdən ibarət olan 19 rəssamın 29 əsəri nümayiş etdirilir.
Açılış mərasimində əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş hərbi cinayətdir. Azərbaycan xalqı, bütün mütərəqqi bəşəriyyət bu amansız qətliamı heç zaman unutmayacaq. Xocalıda törədilən soyqırımı nəticəsində 613 nəfər öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qocalar idi. Bu faciənin bədii ədəbiyyat, kinofilmlər, musiqi və rəsm əsərlərində əks olunaraq gələcək nəsillərə, eyni zamanda, dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparılır.
Tədbirdə sənətşünas Nizami Alıyev və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Eldar Zeynalovun da çıxışları olub.
Bildirilib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilir və ermənilərin törətdikləri bu soyqırımı haqqında ictimaiyyətə obyektiv məlumatlar çatdırılır.
Sonra sərgiyə baxış olub.
Sərgi fevralın 26-dək davam edəcək.AZƏRTAC
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
04.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır
01.03.2018
Belçika telekanalında Xocalı soyqırımına aid sənədli film nümayiş etdirilib

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9645

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info