Bəşəri faciə sənətkarların gözü ilə
Tarix: 19.02.2016 | Saat: 15:14:00 | E-mail | Çapa göndər
Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı ilə birgə Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdən öncə ali məktəbin Təsviri incəsənət müəllimliyi ixtisasının müəllim və tələbələrinin əl işlərindən ibarət, Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinin açılışı olub. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov əsrlər boyu xalqın başına gətirələn soyqırım və qətliamların, Azərbaycan xalqının öz azadlığı və ərazi bütövlüyü uğrunda apardığı şərəfli mübarizənin, qəhrəmanlıq tariximizin təsviri sənətdə inikas olunmasının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, sərgidə müxtəlif üslub və janrlarda nümayiş olunacaq əsərlər müəlliflərin milli qürur, vətənpərvərlik hisslərindən yoğrulmuş, gələcək nəslə Vətən sevgisi, tarixi keçmişimizə, şəhidlərimizə hörmət və ehtiram aşılayan dəyərli sənət nümunələridir. Sonra sərgi ilə tanışlıq olub. Müəllimlərdən Fəridə Əhmədova və Şəmsiyyə Zalovanın, tələbələrdən Aynur İmanova, Zeynəb Məmmədova, Nuray Cavadova, Tünzalə Orucova, Güllü Məmmədova, Araz Həsənzadə və digərlərinin karikatura, plakat, kompozisiya janrlarında çəkdikləri əsərlərdə Vətən sevgisi, düşmənə nifrət və qisas hissi, müharibə və qətliama qarşı kəskin etiraz öz əksini tapmışdır. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Bəstəkarlar Təşkilatı ilə birgə təşkil olunmuş tədbirdə çıxış edərək faciənin köklü səbəbləri, siyasi məqsədi və günahkarları, bu soyqırımın beynəlxalq miqyasda tanıdılması məqsədi ilə görülən işlər haqqında danışıb. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücumu nəticəsində qədim Xocalı yerlə-yeksan edilmiş, 613 nəfər yerli əhali öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək zülm, təhqir və həqarətlərə məruz qalmışlar. Bu müdhiş faciənin tarixdən və yaddaşlardan silinməməsi üçün gənclik Vətənə, Azərbaycançılıq ideologiyasına sədaqət ruhunda tərbiyə edilməlidir. Universitetin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının məsul katibi Günay Məmmədova qeyd edib ki, bəşər tarixində misli görünməmiş dəhşətli faciə olan Xocalı soyqırımına bütün ziyalılar, sənət adamları biganə qala bilməmiş, görkəmli Azərbaycan bəstəkarları, tanınmış fransız bəstəkarı Pyer Tiloy bu mövzuda simfonik və vokal – instrumental musiqi janrlarında irihəcmli əsərlər yaratmışlar. Bəstəkar Kamal Əhmədovun 2013-cü ildə böyük simfonik orkestr üçün yazdığı “Xocalı” simfoniyası birhissəli olmasına baxmayaraq, silsiləli simfoniya janrının səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir. Simfoniyanın müəllifi, Bəstəkarlıq kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Kamal Əhmədov əsərin yaranma tarixi, spesifik xüsusiyyətləri haqqında məlumat verib. Kompüter səsləndirlməsi, müxtəlif tarixi kadrların, mövzu ilə bağlı bədii filmlərdən seçilən fraqmentlərin müşaiyəti ilə təqdim olunan simfoniya faciəni bütün dəhşətləri, xronikası ilə yanaşı, müstəqil Azərbaycanın hərbi qüdrətini, iradə əzmini, yenilməzliyini də özündə təcəssüm etdirir. Gərgin dramatik anlar yaşadan,vətənpərvərlik, düşmənə nifrət və intiqam hissləri üzərində köklənmiş simfoniya maraqla qarşılanıb.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
22.02.2017
“Erməni işğalı nəticəsində dəymiş ziyan milyard yox, trilyon dollarla ölçülür”
22.02.2017
“Election Times”: “Azərbaycan İslam ölkələri üçün qürur mənbəyidir”
22.02.2017
Xocalı şəhidləri Küveytdə anılıb
21.02.2017
Xocalı faciəsindən bəhs edən kitab, film və elektron məlumat bazasının təqdimatı olub
21.02.2017
“Xocalı qətliamı Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5564

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info