“Xocalı – unudulmayan qan yaddaşımız“
Tarix: 19.02.2016 | Saat: 15:46:00 | E-mail | Çapa göndər
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, “İki sahil” qəzetinin və "Bakcell" şirkətinin dəstəyi ilə “Xocalı – unudulmayan qan yaddaşımız” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları öncə eyni adlı mövzuda təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar.
Sonra işini akt zalında davam etdirən tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirib.
Deputat deyib ki, Ermənistan rəhbərliyi bu soyqırımını törətməklə xalqımızı qorxutmaq və vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq məqsədi güdüblər. Lakin bu hadisələr Azərbaycan xalqının əzmini qıra bilməyib.
Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova qeyd edib ki, bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 24 il keçir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verənlər Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək. Həmin gün insan qanına susamış erməni cəlladları bütün dünyanın gözü qarşısında Azərbaycanın bu qədim şəhərində soyqırımı törədib, heç bir günahı olmayan yüzlərlə dinc insanı qətlə yetiriblər”.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib, yüzlərlə insan qətlə yetirilib, əlil olub, minlərlə Xocalı sakini əsir götürülüb. Soyqırımına cavabdeh olan mayor Seyran Ohanyan general rütbəsinə qədər yüksəlmiş və hazırda Ermənistanın müdafiə naziridir. Rəsmi Yerevan indiyə kimi Xocalıda baş vermiş hadisələri sadəcə hərbi əməliyyat kimi qiymətləndirir və məsuliyyəti öz üzərinə götürmək istəmir.
Keçirilmiş inşa müsabiqəsindən söz açan V.Rəhimzadə deyib ki, bu cür müsabiqələrlə həm gənc nəslin Azərbaycan tarixi ilə bağlı maarifləndirilməsinə, həm də onların bilik və bacarıqlarının, jurnalistikaya olan maraqlarını, potensiallarını üzə çıxarmağa çalışırıq. Eyni zamanda bu cür tədbirlərlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq təşviqat kampaniyasına gənc nəslimizin dəstəyini bir daha ifadə etmiş oluruq.
Çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyi sədrinin müavini Samirə Quliyeva və "Bakcel" şirkətinin məsul əməkdaşı Vəfa Abdullayeva soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini yüksək qiymətləndirib, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar.
Çıxışların ardınca “Xocalı – unudulmayan qan yaddaşımız” mövzusunda keçirilmiş inşa və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb. Müsabiqənin yekunları haqqında məlumat verən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, fevral ayının 15-də yekunlaşan müsabiqəyə iki dildə, ümumilikdə 20-dən artıq məktəbdən 32 inşa və 30 rəsm əsəri daxil olub. Yaradılmış komissiya tərəfindən keçirilmiş qiymətləndirmə zamanı müsabiqənin qalibləri müəyyənləşdirilib.
Sonra qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.
Daha sonra genişmiqyaslı fəaliyyətinə görə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı S.Vəliyevaya “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin yaradılmasının 15 illiyi münasibətilə təsis edilmiş “Fədai” medalı təqdim edilib.
Çıxış edən “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli və hər cür qayğı ilə əhatə olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir.
Tədbirin sonunda, həmçinin Qarabağ həqiqətlərindən bəhs edən “Həqiqət” romanının təqdimatı olub.
Kitabın müəllifi Ramiz Dəniz çıxış edərək deyib ki, əsərdə əsas məqsəd tarixi həqiqəti ortaya qoymaqdır. Qarabağ hadisələrinin bir hissəsi olan Qaradağlı kəndi sakinlərinin blokada şəraitindəki həyatı, çətinliklərə sinə gərməsi, bütün müasir silahlarla silahlanan daşnaklara müqavimət göstərməsi və kəndin işğalı əks olunur.
Sonra müəllif imzalı kitablarını qonaqlara təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2017
“Erməni işğalı nəticəsində dəymiş ziyan milyard yox, trilyon dollarla ölçülür”
22.02.2017
“Election Times”: “Azərbaycan İslam ölkələri üçün qürur mənbəyidir”
22.02.2017
Xocalı şəhidləri Küveytdə anılıb
21.02.2017
Xocalı faciəsindən bəhs edən kitab, film və elektron məlumat bazasının təqdimatı olub
21.02.2017
“Xocalı qətliamı Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5552

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info