“Qırmızı saçlı qadın” romanı 250 min nüsxə ilə tirajlanıb
Tarix: 20.02.2016 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Dünya şöhrətli türkiyəli yazar, Nobel mükafatçısı Orhan Pamukun yeni işıq üzü görən “Qırmızı saçlı qadın” romanı satışa çıxarıldıqdan iki həftə sonra yenidən nəşr edilib.
“Cihan” xəbər agentliyi xəbər verir ki, Avropanın bütün şəhərlərində böyük oxucu kütləsi qazanan yazıçının bu romanı iki həftə ərzində 250 min nüsxə tirajla çap olunub. Yazıçının bundan əvvəl nəşr etdirdiyi “Beynimdə bir qəribəlik” romanı da dünyanın əksər ölkələrində geniş oxucu kütləsinin marağına səbəb olub. Bütün bunları nəzərə alan müəllif yaxın vaxtlarda Almaniyaya səfər edərək Münxen, Köln və Ştutqard kimi böyük şəhərlərdə oxucuları ilə görüşəcəyini və yazdığı romanlar ətrafında birlikdə müzakirələr aparılacağını planlaşdırır. Qeyd edək ki, “Qırmızı saçlı qadın” romanı otuz il əvvəl İstanbul yaxınlığındakı bir qəsəbədə məktəbli bir gəncin yaşadığı sarsıdıcı eşq hekayəsindən və bu eşqin onu böyük bir cinayətin arxasınca sürükləməsindən bəhs edir. Roman gənc qəhrəmanın məhəbbət, qısqanclıq, məsuliyyət və azadlıq duyğuları ilə yanaşı, həm də nüfuz və fərd olma məsələlərini müzakirə edir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Deyişmələr poeziyada xüsusi əhəmiyyətə malikdir
16.11.2018
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək
16.11.2018
Görkəmli aktyor Həsən Turabovun xatirəsi anılıb
16.11.2018
Cenevrədə Azərbaycan kinosunun uğurları
16.11.2018
Rusiya və Ukraynanın aparıcı solistləri Bakıda çıxış edəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info