Xocalı faciəsi barədə veriliş Yaponiya televiziyasında
Tarix: 23.02.2016 | Saat: 12:09:00 | E-mail | Çapa göndər
Yaponiyanın “World Investors TV” internet televiziyasında Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı xüsusi veriliş yayımlanıb. Verilişin aparıcısı Kazuyasu İşidanın suallarını cavablandıran Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı qətliamı Dağlıq Qarabağ münaqişəsi zamanı öz qəddarlığı ilə seçilən ən dəhşətli, qanlı hadisədir. 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni silahlı qüvvələri şəhəri tərk etməyə çalışan mülki əhaliyə qarşı hücuma keçərək onlarla amansız davranıb. Həmin müdhiş gecədən 24 il köçməsinə baxmayaraq, hələ də bu cinayəti törədənlərdən heç biri mühakimə edilməyib, beynəlxalq məhkəmə qarşısında cavab verməyib.
Qətlə yetirilən insanların sayından asılı olmayaraq, bu, 24 il öncə baş vermiş çox dəhşətli bir hadisədir. Cəmi bir nəsil öncə öz doğmalarını itirmiş insanların ailələri, qohumları hələ də bu faciəni unuda bilmirlər. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var ki, hələ də öz doğma evlərinə qayıda bilmir. Azərbaycan ərazisinin 20 faizi hələ də xarici havadarlarına arxalanan Ermənistanın işğalı altındadır. Məhz buna görə də insanlar bu təcavüzün acı nəticələrini gündəlik həyatlarında hiss edirlər.
Verilişdə 24 il əvvəl törədilmiş bu soyqırımının səbəbkarlarının cəzasız qalmayacağı vurğulanıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi yüksəlişindən, Azərbaycan Ordusunun qüdrətlənməsindən danışılıb. Faciəni əks etdirən fotolar və digər materiallar yapon tamaşaçılara təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.04.2017
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində məktəblərdə görüş
14.03.2017
Ciddə şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
07.03.2017
Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlanıb
06.03.2017
Xocalı faciəsinin naməlum şahidi
22.02.2017
“Erməni işğalı nəticəsində dəymiş ziyan milyard yox, trilyon dollarla ölçülür”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7160

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
3 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
4 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info