“Nizami Yurdu-2016“ rəsm müsabiqəsi həyata keçirilib
Tarix: 23.02.2016 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə "Nizami Yurdu-2016" rəsm müsabiqəsi həyata keçirilib. Layihə rəhbəri Gülnaz Quliyevanın sözlərinə görə layihədə 30-a yaxın rəsm əsəri qəbul edilib. Əsərlərdə Nizaminin əsərləri, Gəncənin Qala Qapıları, tarixi və mədəniyyətini əks etdirən kompozisiyalar yer alıb. Rəsm əsərləri I-II-III yerlər üzrə yer tutmuş və əsərlərin sahibləri diplomlarla təltif olunublar. Layihədə iştirak edən digər iştirakçılara isə layihədə fərqləndiyinə görə sertifikatlar təqdim edilib. Qeyd edək ki, “Nizami Yurdu 2016” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 7-ci qrant müsabiqəsində qalib olub. Bildiyimiz kimi Gəncə şəhəri 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilib. Gəncə şəhərinin Avropa paytaxtı seçilməsi gənclərin fəaliyyətinin daha böyük miqyasda işıqlanması deməkdir. Bu səbəbdən elan olunan "Nizami Yurdu-2016" rəsm müsabiqəsinin əsas məqsədi Gəncə şəhərinin tarixinin və mədəniyyətinin Avropa gənclərinə tanıdılmasından ibarətdir.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Gedir dayanmadan zamanın köçü”
13.11.2018
İsa Həbibbəyli: “Dövlətçilik ideyalarının folklorda yaşadılması Cümhuriyyət üçün mənəvi əsas formalaşdırıb”
12.11.2018
El aşıq və şairlərinin irsi toplanmalıdır
12.11.2018
Özbəkistanda Hüseyn Cavidə həsr olunmuş beynəlxalq konfrans keçirilib
12.11.2018
O, ELƏ BİR İSİM Kİ...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info