“Cəzasız cinayət”
Tarix: 23.02.2016 | Saat: 18:30:00 | E-mail | Çapa göndər
Bu gün İstiqlal Muzeyi və Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçərişəhər Tarixi Muzeyi birgə Xocalı soyqırımına həsr olunan “Cəzasız cinayət” adlı tədbir təşkil olunub. İstiqlal Muzeyinin ekspozisiyasında keçirilən tədbirdə Əməkdar rəssamı Əşrəf Heybətin Xocalı soyqırımına həsr etdiyi “XX əsrin faciəsi - Xocalı” adlı rəsm əsərinin təqdimatı keçirilib.
Tədbirdə “Günay Uşaq Teatrı” tərəfindən hazırlanan, şairə, publisist, AzərTac-ın müxbiri Zərərgiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş, Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunub.
Tədbirdə İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və Dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Əməkdar elm xadimi, tarix elmləri doktoru, Moskvada yerləşən “Ocaq” cəmiyyətinin sədri Tofiq Məlikli, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, professor Ağəli İbrahimov, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev çıxış ediblər.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, elm xadimləri, Dövlət Rəssamlıq Akademiyasının və Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın, Sərhəd Qoşunların şəxsi heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
İnam Kərimov Sabirabadda laboratoriyalara baxış keçirib
22.05.2018
Xaçmaz məktəbliləri yararsız enerji batareyalarını niyə toplayır?
21.05.2018
Şəhid hərbçimiz Ağstafada dəfn olunub
21.05.2018
Gəncədə Dilqəm Əhmədin imza günü keçirilib
20.05.2018
Ermənistan silahlı bölmələri atəşkəsi 93 dəfə pozub

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9295

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info