Xocalıda əsir düşmüş qızın xatirələri İstanbulda çap edilib
Tarix: 24.02.2016 | Saat: 11:24:00 | E-mail | Çapa göndər
Xocalı soyqırımının yaşandığı gecə erməni terrorçularına əsir düşərək 8 gün əsarətdə qalmış Dürdanə Ağayevanın xatirələri İstanbulda çap edilib.
Məlumata görə, Beynəlxalq Humanitar Yardım Təşkilatı İHH tərəfindən çap edilmiş “Ermeni zindanında sekiz gün” adlı 256 səhifəlik kitabın son bölümündə Xocalı soyqırımın əks etdirən fotolar öz əksini tapıb. “İHH-nın elm, təhsil və nəşriyyat məsələləri üzrə koordinatoru Əhməd Emin Dağ APA-ya açıqlamasında bu kitabın tarix üçün önəmli mənbə olacağını bildirib: “Dünya tarixində dövlətlər arasındakı münasibətlərdən danışarkən tarixi hadisələrə çox istinad edilir. Biz Qarabağ məsələsinin oradakı insanların yaşadıqları faciələr üzərindən dünyaya izah edilməsinin vacib olduğunu düşünürük. Xocalıqətliamının sağ qalan zərərçəkənlərindən Dürdanə xanımın xatirələrini çap etməklə, onun əzab-əziyyətlərini işıqlandırmaqla bundan sonra yazılacaq tarix kitabları üçün önəmli dəlillər verdiyimizə inanırıq. Türkiyə ictimaiyyətinin o faciəni öyrənməsi və  o bölgəni yazan tarixçilər üçün önəmli bir sənəd olması baxımından “Ermeni zindanındakı sekiz gün” kitabını vaxtında çap etdiyimizi düşünürəm. Daha əvvəl Xocalıya dair iki beynəlxalq simpozium keçirmişik, Xocalı ilə bağlı məlumatları iki kitab halında çap etmişik. Bundan sonra da Qarabağ məsələsiylə bağlı çalışmalarımızı davam etdirəcəyik”.
Kitabı türkcə çapa filologiya elmləri namizədi Mayis Əlizadə hazırlayıb. Nəşriyyatdan verilən məlumata görə, kitaba jurnalist-yazar Aqil Ələsgər ön söz yazıb.




 
Bölməyə aid digər xəbərlər
29.02.2016
“Jewish News Service (JNS)”də Xocalı haqqında məqalə dərc edilib
29.02.2016
Niderland Parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanıb
29.02.2016
Ankarada Xocalı soyqırımı qurbanları anılıb
26.02.2016
“Həmin gün baş verənlər heç vaxt yaddan çıxmayacaq”
26.02.2016
Niderlandın D66 partiyasından Xocalı soyqırımına müsbət reaksiya

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5217

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
4 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
5 Yapon məktəblilərindən məktublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info