“Xocalıya ədalət” kampaniyası Braziliyada
Tarix: 25.02.2016 | Saat: 12:06:00 | E-mail | Çapa göndər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Braziliyadakı səfirliyində “Sonsuz dəhliz” sənədli filminin təqdimatı olub.
Səfirlikdən bildirilib ki, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə keçirilən təqdimat mərasimində əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təcavüz haqqında ətraflı məlumat verilib. Səfir Elnur Sultanov çıxışında Xocalıda azərbaycanlılara qarşı xüsusi amansızlıqla törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsinin və bu cinayəti törədənlərin cəzalandırılmasının zəruriliyini vurğulayıb. O, bu istiqamətdə 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlər haqqında danışıb.
Səfir “Sonsuz dəhliz” filminin Xocalı hadisələrinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin xatirələri əsasında çəkildiyini bildirib. O, bu filmin bir çox Avropa ölkələrində nümayiş etdirildiyini deyərək bunun Xocalı soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri və nəticələri barədə Braziliyada məlumatlılığın artırılmasına xidmət edəcəyini diqqətə çatdırıb. Çıxışının sonunda E.Sultanov Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzün nəticələrini göstərən xəritəni və “Xocalıya ədalət” kampaniyasının loqosunu nümayiş etdirib.
Ölkənin Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti deputat Klaudio Kajado ilk növbədə Xocalı faciəsi ilə əlaqədar Azərbaycan tərəfinə başsağlığı verib. O, Azərbaycanın Xocalı şəhərində Ermənistanın silahlı qüvvələri tərəfindən dinc azərbaycanlıların qətlə yetirildiyini bildirərək BMT-nin prinsip və qətnamələrinin, insan hüquqlarının pozulduğunu, habelə Xocalı qətliamının bütün dünya üçün faciəvi nəticələrə səbəb olduğunu vurğulayıb. O, Azərbaycanın məcburi köçkün və qaçqınlarının öz doğma torpaqlarına geri qayıtmasının zəruriliyini qeyd edərək çıxışını “Xocalıya ədalət!” sözləri ilə yekunlaşdırıb.
Film tədbirdə iştirak edən bir sıra xarici ölkələrin səfirləri, Braziliya parlamentinin, akademik dairələrin və yerli ictimaiyyətin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2017
“Erməni işğalı nəticəsində dəymiş ziyan milyard yox, trilyon dollarla ölçülür”
22.02.2017
“Election Times”: “Azərbaycan İslam ölkələri üçün qürur mənbəyidir”
22.02.2017
Xocalı şəhidləri Küveytdə anılıb
21.02.2017
Xocalı faciəsindən bəhs edən kitab, film və elektron məlumat bazasının təqdimatı olub
21.02.2017
“Xocalı qətliamı Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5571

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Hansı təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək?
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info