Niderlandın D66 partiyasından Xocalı soyqırımına müsbət reaksiya
Tarix: 26.02.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox diaspor təşkilatlarımız Xocalı soyqırımının növbəti ildönümü münasibətilə çoxsaylı tədbirlər təşkil edir, baş vermiş hadisəni dünyaya olduğu kimi çatdırmağa çalışırlar. Bu təşkilatlardan biri də Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatıdır. Bir müddət öncə mətbuatda “Connect”in sədri, həmyerlimiz Vüqar Abbasov və onun həmkarı Vim van Emdenin imzası ilə Niderland parlamentininin (İkinci Kamer) 16 fraksiya rəhbərinə müraciət ünvanladığı barədə xəbərlər getmişdi. Müraciətə parlament üzvlərindən hər hansı bir reaksiyanın olub-olmamasını öyrənmək üçün Vüqar Abbasovla əlaqə saxladıq. Onun dediyinə görə hələlik bir neçə fraksiyadan cavab məktubu alıblar ki, onlardan biri də D66 partiyasıdır. “Bu partiyanın parlamentdəki fraksiya rəhbərliyindən, xanım Martine van Bemmelin imzası ilə gələn emaildə qeyd olunur ki, müraciətiniz fraksiya üzvlərimizə göndərilib ki, debatlardakı hazırlıqları üçün istifadə edilsin. Burdan belə bir nəticəyə gəlmək olar ki, D66 partiyası parlamentlərdəki debatlar zamanı Xocalı məsələsini də qaldıra bilərlər və biz buna ümid edirik”, – deyə soydaşımız bildirdi.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
05.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info