“Azərbaycan “Cənub” qaz dəhlizi layihəsində həlledici rol oynayır”
Tarix: 26.02.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər
“Xəzər regionu və Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox əhəmiyyətli rol oynayacaq”. Bunu Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç Azərbaycana səfəri ərəfəsində “Trend”-ə müsahibəsində deyib.
M.Şefçoviç fevralın 29-da Bakıda "Cənub” qaz dəhlizi üzrə Məşvərət Şurasının ikinci iclasında iştirak edəcək. Vitse-prezident bildirib: "Bütün strateji sənədlərimizdə "Cənub”qaz dəhlizi çox vacib şaxələndirmə marşrutu qismində qeyd edilir. Bu layihə Avropa üçün yeni marşrut, yeni mənbə, yeni qaz tədarükçülərini təmin edir. Buna görə də bu layihəni çox dəstəkləyirik. "Cənub”qaz dəhlizi Avropa İttifaqı üçün prioritet statusu almış ümumi maraqlara xidmət edən layihələr siyahımıza daxil edilib". M. Şefçoviç vurğulayıb ki, Avropa Komissiyası layihənin reallaşdırılmasının gedişini çox diqqətlə izləyir: "Hər şeyin qrafikə uyğun getməsindən çox razıyıq, bunun sayəsində Xəzər qazı Avropaya gözlənildiyindən tez çata bilər". O əlavə edib ki, Azərbaycan və Türkiyə bu layihədə tamamilə həlledici rola malikdir . M.Şefçoviçin sözlərinə görə, Məşvərət Şurasının mütəmadi iclasları irəliləyişi izləməyə və mümkün çətinlikləri maksimum tez həll etməyə kömək edir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Brüsseldə separatizmlə bağlı Forum keçirilir
19.11.2017
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir
18.11.2017
“Ferrari gələn il zəif olacaq”
18.11.2017
“Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hazır deyillər”
17.11.2017
Azərbaycanda multikulturalizm modeli

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info