Ankarada Xocalı soyqırımı qurbanları anılıb
Tarix: 29.02.2016 | Saat: 11:27:00 | E-mail | Çapa göndər
Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən “Yerli Düşüncə” dərnəyi tərəfindən təşkil olunan “Xocalı Soyqırımı 24-cü ildönümündə” konfransda soyqırımın qurbanları anılıb. Bu haqda “Yerli Düşüncə” dərnəyinin Azərbaycan təmsilçisi Cavid Mövsümlü məlumat verib.
Xocalı soyqırımının anılması üçün tədbirin düzənlənməsi təşəbbüsü ilə bu dərnəyin Azərbaycan təmsilçisi Cavid Mövsümlü təşkilat rəhbərliyinə müraciət edib və təşkilat rəhbəri Ordu şəhərindən seçilmiş millət vəkili Metin Gündoğdu tərəfindən qəbul edilərək hazırlıq işlərinə başlanılıb. Tədbir Ankarada yerləşən otellərdən birinin konfrans salonunda, 26 Fevral tarixində baş tutmuşdur. Konfransa çıxışçı olaraq Azərbaycandan Qarabağ müharibəsi veteranı İbad Hüseynov, Azərbaycanlı tarixçi Ph.DR. Cavid Mövsümlü, Türkiyədən Cümhurbaşkanı baş məsləhətçisi və “Yerli Düşüncə” dərnəyinin fəxri sədri Yalçın Topçu, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun başçısı, Adana millət vəkili Nejdet Ünüvar, İğdır millət vəkili, əslən azərbaycanlı olan Nurettin Aras, Süleyman Demirel Universitetinin professoru Timuçin Kodaman qatılmışdırlar. Tədbir Türkiyədə böyük marağa səbəb olduğundan Türkiyənin müxtəlif yerlərindən, müxtəlif təşkilat və qurumlardan və eləcə də Türkiyədə fəaliyyət göstərən baska ölkələrin fərqli qurumlarından nümayəndəliklər qatılmışdırlar. Tədbirə çox sayıda Ankarada təhsil alan Azərbaycanlı tələbələr də iştirakları ilə öz dəstəklərini nümayiş etdirmişdirlər. Eyni zamanda tədbiri Türkiyənin çox sayda fərqli media qurumları da bu tədbiri işıqlandırmaq üçün iştirak edirdilər.

Konfrans Xocalı soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla anılmasından sonra, “Yerli Düşüncə” dərnəyinin rəhbəri Metin Gündoğdu açılış nitqi söyləyərək, bu soyqırımın 20-ci əsrin ən dəhşətli soyqırımı kimi dəyərləndirərək qonaqlara bu mövzuda Azərbaycana dəstək olmağa və bu həqiqətləri dünyaya çatdırmaqda aktiv olmağa çağırmışdır. Daha sonra Xocalı Soyqırımına həsr olunmuş qısa metrajlı film gələn qonaqlara təqdim edilmişdir. Film izləndikdən sonra kürsüyə konfransın çıxışçıları dəvət olunaraq panelə başlanılmışdır. İlk çıxış edən Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu Xocalı Soyqırımının bu dövlət tərəfindən də tanınması yönündə Türkiyə parlamentinin millət vəkillərinə səslənərək “Bu təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə də qarşı edilmiş bir soyqırımıdır” ifadələrini söyləmişdir. Daha sonra millət vəkili Nejdat Ünüvar Azərbaycana qarşı törədilmiş olan bu soyqırıma beynəlxalq aləmdə ədalət qazandırmaq və günahkarların cəzalandırılması yöndə birgə fəaliyyət haqqında, millət vəkili Nurettin Aras Azərbaycana qarşı ermənilər tərəfindən daha öncələr də törədilmiş soyqırımı və haqsızlıqlar haqqında, professor Timuçin Kodaman Azərbaycan-Türkiyə əlaqələrində erməni məsələsi haqqında çıxışlar etmişdirlər. Azərbaycan adına çıxış edən tarixçi Cavid Mövsümlü Xocalı rayonu və Xocalı soyqırımı haqqında tarixi baxımdan dinləyicilərə ətraflı məlumat verdikdən sonra, Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynova tədbirin fəxri qonağı olaraq söz verilmişdir. Qəhrəman İbad Hüseynov konfrans iştirakçılarına Azərbaycanın acılı bir günündə həmrəylik nümayiş etdirərək bu anı paylaşmaq üçün gələnlərə dərin təşəkkürünü bildirərək, soyqırımı qurbanlarının intiqamının alınacağı günün mütləq olacağını və haqq-ədalət öz yerini tapmayana qədər mübarizə aparılacağını söyləmişdir. Bu sözlərdən sonra bütün salon qəhrəmanımızı ayağa qalxaraq alqışlayıb. 




 
Bölməyə aid digər xəbərlər
17.04.2017
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində məktəblərdə görüş
14.03.2017
Ciddə şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
07.03.2017
Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlanıb
06.03.2017
Xocalı faciəsinin naməlum şahidi
22.02.2017
“Erməni işğalı nəticəsində dəymiş ziyan milyard yox, trilyon dollarla ölçülür”

Şərh əlavə olunmayıb



    ,    
Nigar Abdullayeva
Elsevər Məmmədov
Ülvi Hüseynli
Mübariz Nuriyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6991

1 İki min müəllim birbaşa müsahibə mərhələsinə buraxılacaq
2 “20 illik kirayənişin həyatımıza son qoyuldu...”
3 Vakant müəllim yerlərinin yekun sayı açıqlanıb
4 “Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi”
5 ADPU-da rəqabət mühiti yaradan, stimullaşdırma və karyera inkişafını nəzərdə tutan layihə uğurla başa çatdı
24.07 20:26 Ərikli keks
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info