BAKU-2015: I Avropa Oyunlarının rəsmi web səhifəsi
“Seçki məntəqələrində seçici siyahıları və bülletenlər saxtalaşdırılıb”
Tarix: 22.02.2013 | Saat: 21:58:00 | E-mail | Çapa göndər
“Armenia Today” saytı isə “İrs” partiyasının Ermənistandakı prezident seçkiləri barədə bəyanatını yayıb. Həmin bəyanatı təqdim edirik: “18 fevral 2013-cü ildə Ermənistanda prezident seçkiləri keçirildi. Növbəti gün isə Mərkəzi Seçki Komissiyası seçicilərin iradəsini əks etdirməyən nəticələri elan etdi. MSK-ya görə, Raffi Ovannisyan 37%-ə yaxın, Serj Sərkisyan isə 58% səs toplayıb.
Rəsmi məlumatlara diqqət yetirsək görərik ki, Sərkisyan yalnız üstünlüyə nail olmayıb, həm də şəhər seçki məntəqələrinin əksəriyyətində uduzub. MSK-nın bildirdiyinə görə, guya əsasən 90%-dən çox seçicinin iştirak etdiyi və 90%-dən çox səsin Sərkisyana verildiyi kənd seçki məntəqələrindəki vəziyyət belə bir nəticəni təmin edib. Onda necə oldu ki, Abovyandakı 25 seçki məntəqəsindən 21-də uduzan və yalnız onlardan birindən 1101 səs toplayan, Eçmiədzindəki 22 seçki məntəqəsindən 19-da uduzan Serj Sərkisyan qələbəni öz adına yaza bilir?! Belə çıxır ki, 80-90% məntəqədə analoji nəticə toplayan namizəd, qalan 10% məntəqədə əvvəlki göstəriciləri üstələyən səsi yığıb? Əlbəttə ki, bu, 10% seçki məntəqəsində seçki siyahılarının və bülletenlərin saxtalaşdırıldığını göstərir. Bu isə seçkilərin nəticələrinə əhəmiyyətli təsir göstərir və seçkiləri etibarsız saymağı tələb etməyə kifayət qədər əsas verir. Seçkilərin açıq-aydın saxtalaşdırıldığını hüquqi addımlar çərçivəsində seçicilərin imzalarını, siyahı və bülletenlərini yoxlamaqla sübut etmək olar.
1900-dən çox məntəqədə işləyən və 800-ə yaxın etibarlı simanın olduğu komissiya üzvlərimizin əksəriyyətinə isə minnətdarlığımızı bildiririk. Xüsusi təşəkkürümüz isə İrəvan, Gümrü, Vanadzor və digər yerlərdəki sədaqətə və mübarizəyə görədir. Ermənistan seçicilərinə isə siyasi sahənin süstlüyünə baxmayaraq, fəallıq göstərdiklərinə, öz seçimlərini etdiklərinə və qüvvədəki rejimi rədd edib Ermənistanın gələcəyinə səs verdiklərinə görə minnətdarlığımızı bildiririk. Hətta rəsmi məlumatlara görə, Raffi Ovannisyan 1998-ci ildən bu yana istənilən müxalifət namizədlərindən ən çox səs toplayıb. Bu ümumxalq səsverməsi siyasi müxalifət üçün birləşmək və xalq tərəfindən edilmiş seçimi reallaşdırmaq əmridir”. Qeyd edək ki, artıq dünən saat 17:00 radələrindən İrəvanda Ovannisyan tərəfdarlarının etiraz aksiyası başlayıb. Sərkisyan hökuməti isə ətraf rayonlardan etiraz edənlərin axınının qarşısını almaq üçün İrəvana gedən yolu bağlayıb.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
06.07.2015
Qubaya yol tikintisi üçün vəsait ayrıldı
06.07.2015
Bolqarıstan səfiri: “Bakı, Yay Olimpiya Oyunlarını keçirməyə hazırdır”
06.07.2015
“Daily cases”: “Azərbaycan mədəni və dini birgə yaşayışın modelidir”
06.07.2015
İtalyan səyyahı Cemelli Karerinin “Səfərnamə” əsəri Səfəvilər dövrünə aid qiymətli sənəddir
06.07.2015
Ərəstun Mehdiyev: “Azərbaycanda sağlam, peşəkar mətbuat var”

Şərh əlavə olunmayıb

    ,    
Şəmsi Gülverdi
Vüqar Bayramov
Elçin Əfəndi
Paşayeva Aynurə Niyaz qızı
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 2539

1 “Məktəb müstəqil və yaradıcı şəxsiyyətlər yetişdirməlidir”
2 Yeni dövrün qəhrəmanları- könüllülər
3 Milli Etiket Ensiklopediyası kitabı hazırlanır
4 “Beynəlxalq elmi konfranslarda ədəbiyyat tədqiqatçılarımız daha çox məruzə etməlidirlər”
5 “Avropanı Bakıda qarşılayaraq qonaqpərvərlik, mədəniyyət nümayiş etdirdik”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info