Niderland Parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanıb
Tarix: 29.02.2016 | Saat: 14:56:00 | E-mail | Çapa göndər
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Niderland Krallığında fəaliyyət göstərən bütün siyasi müəssisə və təşkilatlara, eləcə də Niderland Krallığı Parlamentinin Xarici İşlər üzrə komissiyasının rəhbəri xanım Anjelina Eijsinkə və digər üzvlərə muraciət ünvanlayıb.
Müraciətdə 24 il əvvəl erməni təcavüzkarlarının Xocalıda törətdiyi qətliam haqqında məlumat verilib. Bu soyqırımın ermənilərin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və soyqırım siyasətinin bir nümunəsi olmasına baxmayaraq, Ermənistan Respublikasının bu cinayətə görə heç bir beynəlxalq səviyyəli təşkilat tərəfindən məsuliyyətə cəlb edilməməsi diqqətə çatdırılıb.
Müraciətdə BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qərarı ilə qəbul olunmuş və 1951-ci ildə qüvvəyə minmiş Konvensiyası əsas gətirilərək, baş vermiş bu dəhşətli hadisənin soyqırım adlandırılması tələb olunub. “Xocalı qətliamı öncədən planlaşdırıldığına görə və insanlar etnik mənsubiyyəti səbəbindən məhv edildikləri üçün bu cinayətlər beynəlxalq və milli hüquq normalarına əsasən soyqırım kimi qiymətləndirilməlidir. Ermənistan separatçıları tərəfindən törədilmiş vandalizm və zorakılıq aktları soyqırım olaraq qəbul edilməlidir”- müraciətdə bildirilir.
Bundan başqa, təşkilat üzvləri Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə qoyulmuş abidəni ziyarət ediblər. Haaqa-Azərbaycan məktəbinin şagirdləri Xocalı hadisələri haqqında məlumatların əks olunduğu broşürləri ətraf qəsəbələrin sakinlərinə paylayıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
04.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır
01.03.2018
Belçika telekanalında Xocalı soyqırımına aid sənədli film nümayiş etdirilib
01.03.2018
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9301

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info