“Jewish News Service (JNS)”də Xocalı haqqında məqalə dərc edilib
Tarix: 29.02.2016 | Saat: 18:59:00 | E-mail | Çapa göndər
Amerikanın populyar “Jewish News Service” (JNS) qəzetinin saytında İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qutun “Holokost və Xocalı müasirlərimizin gözü ilə” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, material Avropada yəhudilərin fəlakəti və Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı qırğın, soyqırım aktı ilə əlaqədar hadisələrin öyrənilməsinə və təhlilinə həsr edilib.
Məqalə müəllifi qeyd edir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universiteti Holokost qurbanlarının beynəlxalq anım günü keçirilməsi məqsədi ilə yaxın vaxtlarda “Holokost və Xocalı müasirlərimizin gözü ilə” mövzusunda “dəyirmi masa” təşkil ediblər.
Məqalə müəllifi yazır: “Əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycanda Holokost qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirilib. Çoxsaylı mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan bu regionun tarixində çox cəhətdən mühüm rol oynayır. Qədim dövrlərdə olduğu kimi bu gün də məşhur İpək Yolunun ayrılmaz hissəsi olan Azərbaycan sivilizasiyaların dialoqu üçün etibarlı məkandır. Ölkənin mühüm coğrafi mövqeyi və müxtəlif dinlərin, xalqların və mədəniyyətlərin qarşılıqlı təsiri nəzərə alınmaqla Azərbaycan bu gün də tolerantlıq və multikulturalizm ənənələrini qoruyub saxlayır. Bu ənənələr prezidentdən başlamış bələdiyyə hakimiyyət orqanlarına qədər ölkənin idarəetmə sistemində, biznes sayəsində və sıravi vətəndaşlar arasında tətbiq olunur. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir”.
Arye Qut yazır ki, minilliklər boyu Azərbaycan təqiblərdən və təzyiqlərdən xilas olmağa çalışan bir sıra xalqlar üçün, ilk növbədə yəhudilər üçün təhlükəsiz sığınacaq yeri olub. İsrailli ekspert yazır: “Bu gün İsrail ilə Azərbaycan arasında sıx qarşılıqlı münasibətlər mövcuddur. Əslən Azərbaycandan olan, Sovet İttifaqı dövründə Azərbaycanı tərk etmiş insanların bir qisminin bu gün dinlərarası, konfessiyalararası, geosiyasi və mədəniyyətlərarası platformanın təmin edilməsi üçün azad və çiçəklənən Azərbaycana qayıtması faktı yəhudilərlə müsəlmanların mehriban qonşuluq şəraitində qarşılıqlı fəaliyyət göstərə və əməkdaşlıq edə bilməsini əks etdirir. Yaxın Şərq, Avropa və dünya birliyinin digər hissələri Azərbaycanda yəhudilərlə müsəlmanların münasibətlərindən, İsrail ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdən nümunə götürməlidir”.
Məqalə müəllifi vurğulayır ki, bu əlamətdar gündə - Holokost qurbanlarının beynəlxalq anım günündə Avropa yəhudilərinin fəlakəti, faşistlərin yəhudilərə qarşı törətdiyi vəhşilik və barbarlıq mövzuları bütün dünya alimləri tərəfindən müzakirə edilib. Məqalə müəllifi vurğulayır: “İkinci Dünya Müharibəsi dövründə faşist cəza düşərgələrində törədilən dəhşətlərdən xilas olmaq üçün qaçıb məhz Azərbaycanda təhlükəsiz sığınacaq tapmaları, Azərbaycanın bu məsələdə rolu və əhəmiyyəti, azərbaycanlıların yəhudilərə göstərdiyi səmimi qonaqpərvərlik, Azərbaycanda antisemitizmin olmaması və Sovet İttifaqı dağılandan sonra yaranmış etnik təhdidlər də müzakirə mövzusu olub”.
Arye Qut Amerikanın populyar və nüfuzlu “Jewish News Service” (JNS) qəzetinin saytında dərc edilmiş məqaləsində vurğulayır: “Elə coğrafi adlar var ki, onlar insanın xislətindəki ən rəzil və alçaq cəhətlərin rəmzinə çevrilib: Babiy Yar, Liditsa, Oradur, Xatın və Sonqmi”. İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri yazır: “Keçən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad – Azərbaycanın Xocalı şəhərinin adı əlavə edildi. Azərbaycanın kiçik Xocalı şəhərində törədilmiş bu kütləvi qırğın insanlığa qarşı cinayətdir. Faşistlər və nasistlər kimi erməni silahlı qüvvələri də dinc azərbaycanlı əhaliyə qarşı vəhşilik və barbar hərəkətləri törədiblər. İnsanlığa qarşı törədilmiş bu cinayət nəticəsində Xocalı sakinlərindən 613-ü öldürülüb, 487 nəfər şikəst olub, 1275 dinc sakin – qocalar, uşaqlar və qadınlar əsir götürülərək misli görünməmiş işgəncələrə, təhqirə məruz qalıb. Erməni silahlı qüvvələri Xocalı şəhərini və onun həndəvərini tərk etməyə macal tapmamış sakinlərin heç birinə rəhm etməyiblər. Xocalının dinc əhalisinin kütləvi şəkildə qırılmasının yalnız bir səbəbi var idi: bu şəhərin qətlə yetirilmiş dinc sakinlərinin hamısı azərbaycanlı idi”.
Arye Qut qeyd edir ki, İkinci Dünya Müharibəsindən sonra faşist xuntasının nümayəndələrinin əksəriyyəti Nürnberq prosesində beynəlxalq məhkəmə qarşısında cavab verdi. Xocalıda törədilmiş soyqırımı aktı zamanı dinc Azərbaycan vətəndaşlarının kütləvi şəkildə məhv edilməsinin ideoloqları və icraçıları isə, onlardan fərqli olaraq, müasir Ermənistan respublikasında rahatca yaşayır. İsrailli ekspert yazır: “Onların çoxu hətta bu gün Ermənistan dövlətində yüksək vəzifələr tutur - müdafiə naziri Seyran Ohanyan, prezident Serj Sarkisyan və keçmiş prezident Robert Koçaryan Xocalıda azərbaycanlı əhalinin qırılmasında, orada törədilmiş cinayətlərdə şəxsən iştirak ediblər. Buna görə onlar da nasistlər kimi beynəlxalq məhkəmə qarşısında dayanmalı, öz cinayətlərinə görə cavab verməlidirlər. Müstəqil beynəlxalq mənbələrin malik olduğu yetərincə çoxsaylı materiallar və videosənədlər, bu faciənin şahidlərinin ifadələri Ermənistan Respublikasının yuxarıda adları çəkilən yüksək vəzifəli şəxslərinin həmin cinayətlərdə iştirakını təsdiq edir. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq, bu şəxslərin bəziləri xarici KİV-lərə verdikləri müsahibələrdə azərbaycanlılara qarşı törətdikləri cinayətlərə haqq qazandırır, özlərinin bu əməlləri ilə fəxr edirlər. Mən əminəm ki, onların da hakimiyyəti nasistlər kimi uğursuzluqla başa çatacaq”.
Arye Qut yazır ki, Xocalıda törədilmiş soyqırımı aktı boş yerdə baş verməyib. Məqalədə deyilir: “Tarix İkinci Dünya Müharibəsi dövründə faşist vermaxtı sıralarında 20 minlik erməni legionunun qəddarlıqlarını unutmayacaq. Erməni millətçi-faşist generalı Dronun başçılıq etdiyi bu erməni legionu minlərlə yəhudiyə qarşı ölüm marşlarında və onların məhv edilməsində iştirak edib. Müasir Almaniya İkinci Dünya Müharibəsi dövründə nasist Almaniyasının törətdiyi dəhşətləri və vəhşilikləri öz gənclərinə çox diqqətlə, savadlı şəkildə izah edir. Müasir Ermənistanda isə, Almaniyadan fərqli olaraq, general Dro və başqa erməni faşistlər və antisemitlər barəsində şəxsiyyətə pərəstiş geniş miqyasda təbliğ edilir. Bu, müasir Ermənistan cəmiyyətinə böyük ləkədir. Bu faşistlər “xalq qəhrəmanları” kimi qələmə verilir, onların şərəfinə xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir”.
İsrailli ekspert Arye Qut məqaləsini bu sözlərlə yekunlaşdırır: “Biz nasizmə qalib gəlmək üçün mübarizə aparan və bu yolda canlarından keçən müttəfiqlərin əsgərlərinin xatirəsini ehtiramla yad etməliyik. Bundan əlavə, biz müasir antisemitizmə və ya islamofobiyaya etinasız qalmamalı, onlara qarşı mübarizə aparmalıyıq. Bu, bizim borcumuzdur – təkcə yəhudi xalqı qarşısında deyil, bu cür tale ilə üzləşmiş və ya üzləşə biləcək bütün başqa xalqların qarşısında borcumuzdur. Bu gün dünya birliyi Holokostu yad edir, lakin başqa ölkələrə tolerantlıq dərsi keçən Avropada bu gün daha dəhşətli hadisələr baş verir, orada antisemitizm və ksenofobiya tüğyan edir. Müasir və dünyəvi Azərbaycanda multikulturalizm həyat tərzidir. Azərbaycan bu qəddar dünyaya bir daha sübut edir ki, Avropa yəhudilərinin fəlakətinin ağrı və iztirabları təkcə yəhudi xalqının ağrısı deyil, bu həm də qardaş Azərbaycan xalqının ağrısıdır, ona görə ki, yəhudilər Azərbaycana bu gün gəlməyiblər, onlar qədim dövrlərdən Azərbaycan ərazisində yaşayırlar. Burada onlar heç vaxt özgə hesab edilməyib. Qürurla demək istəyirəm: yəhudilər azərbaycanlılara qarşı heç vaxt satqınlıq etməyiblər”.




 
Bölməyə aid digər xəbərlər
29.02.2016
Niderland Parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanıb
29.02.2016
Ankarada Xocalı soyqırımı qurbanları anılıb
26.02.2016
“Həmin gün baş verənlər heç vaxt yaddan çıxmayacaq”
26.02.2016
Niderlandın D66 partiyasından Xocalı soyqırımına müsbət reaksiya
26.02.2016
“El Espectador”da “Xocalı soyqırımı, tarixin bir qara səhifəsi” adlı məqalə

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5217

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
4 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
5 Yapon məktəblilərindən məktublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info