Qışda xəstələnməmək üçün nə etməli?
Tarix: 25.02.2013 | Saat: 14:10:00 | E-mail | Çapa göndər


Qış daha çox xəstəlikləri ilə məşhur fəsillərdən biri və bəlkə də birincisidir. Bunun isə soyuq hava ilə yanaşı, bir sıra digər səbəbləri var. Əvvəla, bu fəsildə mümkün qədər təmiz havada çox olmaq və bol-bol C vitamini qəbul etmək lazımdır. Həkimlərin fikrincə, bu fəsildə xüsusilə tənəffüs yolu infeksiyaları, hətta tez-tez olmasa da, infarkt xəstəlikləri daha geniş yayılır. Bundan başqa, qışın ənənəvi xəstəlikləri sırasında insanlarda soyuqdəymə, qrip, astma-bronxitə tez-tez rast gəlinir.
Qışda adətən, bədənin immunitet sistemi zəiflədiyindən bədənimiz xəstəliklərə qarşı daha həssas olur. Bunun üçün geyimimizə xüsusi fikir verməliyik. Bədənimizi isti saxlayan və tərlətməyən paltarlara üstünlük verilməlidir. Həddindən artıq qalın geyinmək də məsləhət deyil. Həmçinin, otaqların qızdırılmasına da xüsusi fikir verilməlidir. Çünki həddindən artıq isti otaqlarda hava əsasən çirkli olur və bu da tənəffüs sisteminə ziyandır. Astma xəstələri və allergik dəri xəstəliyi olanlar çirkli havası olan yerlərdə çox dayanmamalıdırlar.
Qışda balanslı qidalanmaya diqqət olunmalıdır. Xüsusilə, bolluca C vitamini qəbul etmək lazımdır. Bu mövsümdə meyvə və tərəvəz daha çox yeyilməlidir.
Bir sözlə, xəstələnməmək özümüzün əlindədir. Sadəcə, bir qədər səhhətimizə qarşı diqqətli olmalıyıq.

N.ABBASOVA






 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info