Şura seçkilərin keçirilmə vaxtını müəyyən edib
Tarix: 02.03.2016 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri Azay Quliyev iclasın gündəliyinə Şuranın elan etdiyi 1-ci maliyyə müsabiqəsi fondunun müəyyənləşdirilməsi, dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Şura ilə razılaşdırması Qaydasının icrası haqqında təlimatın, Şuranın maliyyə yardıma ilə QHT-lər tərəfindən icra olunan layihələrin Şura Katibliyi tərəfindən idarə edilməsi qaydalarının, Şuranın 2016-cı il fəaliyyət planının təsdiqi, Şuraya təqdim edilən müsabiqədənkənar layihələrin qiymətləndirilməsi, Şura üzvlüyünə seçkilərin keçirilməsinin təqvimi və iclasların keçirilmə qaydaları haqqında təlimatın təsdiqi və digər məsələlərin daxil olunmasını təklif edib və gündəlik bu ardıcıllıqla təsdiq edilib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Katibliyin hüquqşünası Rauf Məcidbəyli və baş məsləhətçi Mustafa Qurbanlı gündəlikdə dayanan məsələləri Şura üzvlərinə təqdim edərək, onların hər biri haqqında ətraflı məlumat veriblər.
Əsasnaməyə uyğun olaraq Şura üzvlüyünə keçiriləcək seçkilərə hazırlıqla bağlı danışan F. Qurbanov seçkilərin azad və ədalətli keçirilməsi və şəffaflığın təmin olunması üçün beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələrinin 8 qrup üzrə keçiriləcək seçkiləri izləməyə dəvət olunacağını bildirib. Yaxın günlərdə Şura üzvlüyünə ixtisaslaşmış qruplar üzrə keçiriləcək seçkilərin dəqiq tarixi, həmçinin iştirakçı və namizədlərin adları elan olunacaq.
İclasda Şura üzvləri Tahir Süleymanov, Sahib Məmmədov, Rəna Mirzəzadə və Dilarə Vəliyeva çıxış edərək gündəlikdə dayanan məsələlər haqqında rəy və təkliflərini bildiriblər.
Gündəlikdəki məsələlər müzakirələrdən sonra ayrılıqda səsə qoyularaq qəbul edilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Temperatur 28 dərəcəyə yüksələcək
23.09.2019
“Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik”
23.09.2019
7 ildir bağlı olan yol açıldı
23.09.2019
ADU-da 10 tələbə xüsusi təqaüd alacaq
23.09.2019
Psixi xəstə 42 yaşlı qohumunu qətlə yetirib özünü öldürdü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info