Çində kütləvi ixtisarlar
Tarix: 03.03.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Dünyada baş verən böhran iqtisadiyyatı inkişaf etmiş ölkələrə də təsir göstərməkdədir. Belə ki, Çin dövləti ölkənin kömür və polad sənayesi sahəsində çalışan işçilərin 1.8 milyon nəfərini ixtisar etmək planı barədə qərar verib. Bu, daha çox Ukrayna və Avropa Birliyi ölkələri ilə yanaşı, Rusiyadan da yan keçməyən poladın qiymətdən düşməsi ilə əlaqələndirilir. Maraqlıdır, görəsən, Çinin belə bir addımı polad ixracı sahəsinin inkişafı üçün Rusiyaya hər hansı bir şans verəcəkmi?
Çinin insan resursları və sosial təminat naziri ölkəsində yaşananları bu iki sahənin, xüsusən, kömür sənayesinin zərərlə işləməsi iəl əlaqələndirib. Onun sözlərinə görə, ölkədə ixtisara düşən işçilərin 1.3 milyon nəfəri məhz kömür sənayesində çalışanlar olacaq. Başqa bir yarım milyon işçini isə Çinin polad sənayesi itirmək məcburiyyətindədir.
Qeyd edək ki, Çinin kömür və polad sənayesində çalışan heyətin azalması planı dünya miqyasında bu sahə ilə məşğul olan sektorlarda yeni bir problem yaradacaq.
Qeyd edək ki, Çinin Milli Statistika Bürosunun ötənilki məlumatına görə, ölkədə 204 milyon ton kömür idxal edilib ki, bu da 2014-cü illə müqayisədə xeyli, dəqiq desək 30% azalıb.
Xatırladaq ki, dünya bazarına həddən artıq çıxarılan kömür və polada azalmaqda olan tələbat onların izafi istehsalına təsir göstərdi. Bu tendensiya son on ildə bazarda cərəyan etməkdə idi. Məhz, elə bu səbəbdən də Ukrayna sənayesi böyük sarsıntılarla qarşılaşdı.
Bununla yanaşı, son illər dünya bazarında polada olan tələbatın xeyli aşağı düşməsi onun qiymətlərində baş verən azalmalardır. «Bloomberg»ə görə, 2015-ci ildə tonu 470 dollara təklif edilən polad lövhələr ilin sonunda qiymətdə xeyli düşərək, 270 dollara təklif edilib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
YPG / PKK Suriyada Əsəd rejimi ilə əməkdaşlıq edir
20.09.2019
Türkiyənin Sudana hümanitar yardımları davam edir
19.09.2019
İndoneziyada korrupsiyada ittiham olunan nazir istefa verdi
19.09.2019
Trampdan FES-in dollar qərarına reaksiya: “Yenə yıxıldılar“
19.09.2019
ABŞ iki gün ərzində İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info