“Cənub Qaz Dəhlizi” Azərbaycanın reallaşdırdığı ən sanballı transmilli layihələrdən biridir”
Tarix: 03.03.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Bügünlərdə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirildi. Prezident İlham Əliyevin iştirak etdiyi toplantı beynəlxalq miqyasda da böyük maraqla qarşılandı. “Cənub Qaz Dəhlizi” Məşrəvət şurasının hər iki toplantısının da Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun təsdiqi ilə yanaşı, ölkəmizin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi qazandığı böyük nüfuzun növbəti təzahürüdür.
Həyata keçirilən bu layihə Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə şərait yaradıb. Toplantıda çıxışı zamanı ölkə başçısı bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir: “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji xəritəsini dəyişir. Avropa istehlakçıları etibarlı, dost mənbədən, yeni mənbədən qaz alacaqlar. Azərbaycan qaydalarla, təcrübə və qanunvericiliklə tənzimlənən böyük bazarlara çıxışı əldə edəcək. Bu, elə mənbədir ki, onilliklər boyu etibarlı təchizatı təmin edə bilər. Əminəm ki, bu, belə də olacaq, çünki Azərbaycanın son iyirmi il ərzində başladığı bütün layihələr uğurlu layihələr olub. Bu layihə, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər baxımından vacibdir. Enerji təhlükəsizliyi əməkdaşlığımızın mühüm elementidir”.

“Cənub Qaz Dəhlizi” vasitəsilə satılacaq qazın Azərbaycana gətirəcəyi valyuta gəlirlərinin əhəmiyyəti böyük olacaq”
Mütəxəssislər də adıçəkilən layihənin böyük əhəmiyyəti olduğunu vurğulayırlar. “Cənub Qaz Dəhlizi” Azərbaycanın reallaşdırdığı ən sanballı transmilli layihələrdən biridir”. Bu fikirləri “Palitra”ya “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib. İqtisadçının sözlərinə görə, bu dəhliz vasitəsilə Şahdəniz Mərhələ 2 çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək: “Layihənin reallaşdırılması Azərbaycana tək iqtisadi dividendlər deyil həm də çox ciddi siyasi dividendlər verəcək. Bu gün Avropa öz enerji təchizatı mənbələrini şaxələndirmək yolunda mümkün ola bilən hər addımı atmağa hazırdır. Son bir neçə ildə dünya siyasət meydanında baş verən olaylar Avropaya Rusiya qazından asılılığın nə demək olduğunu bir daha göstərdi. Belə olan şəraitdə Avropa bu asılılıqdan qurtarmaq üçün kardinal addımlar atmaq məcburiyyətindədir. Elə bu səbəbdəndir ki, “Cənub Qaz Dəhlizi” Məşrəvət Şurasının ikinci iclasında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç: “Biz “Cənub Qaz Dəhlizi”ni Avropanın öz enerji ehtiyatlarını necə şaxələndirilməsinin bariz nümunəsi kimi görürük. Söhbət yeni ünvandan gələn yeni təchizatçıdan, yeni marşrutdan, yeni qazdan gedir. Bu, Avropanın enerji təhlükəsizliyinə, həqiqətə, yeni elementlər gətirir və bu da Avropa İttifaqına üzv ölkələr üçün çox vacibdir”, deyib. Azərbaycan qazının Avropa bazarlarına çıxarılması və bununla da Azərbaycanın Avropanın enerji təchizatındakı rolunun artması, Avropa siyasi meydanında ölkəmizin daha ciddi dividendlərə yiyələnməsi deməkdir. Qarabağ kimi bir problemi olan Azərbaycana isə bu siyasi dividendlər hava və su kimi lazımdır”. O da vurğulandı ki, digər tərəfdən qaz ixracı hesabına ölkəmizə axacaq möhkəm valyuta iqtisadiyyatımızın real sektorunu daha böyük sürətlə inkişaf etdirməyə imkan verəcək: “Güclü iqtisadiyyatı olan ölkə ilə hər kəs hesablaşmağa borcludur. Azərbaycanın iqtisadi qüdrəti artdıqca bir tərəfdən Qarabağ probleminin həlli sürətlənəcək, digər tərəfdən isə ölkə əhalisinin sosial durumu Avropa standartlarına yaxınlaşacaq. Bu səbəbdən də “Cənub Qaz Dəhlizi” vasitəsilə satılacaq qazın Azərbaycana gətirəcəyi valyuta gəlirlərinin əhəmiyyəti böyük olacaq”.

“Bu layihə Azərbaycanın dünyada nüfuzunun artması, söz sahibinə çevrilməsi üçün əhəmiyyətlidir"

"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması nəinki Azərbaycan üçün, eyni zamanda Avropa ölkələri, dünya üçün çox əhəmiyyətlidir". Bu fikirləri isə millət vəkili Tahir Rzayev deyib. T.Rzayev bildirib ki, bu kəmərin çəkilməsi Avropa ölkələrinin qazla təmin olunmasında çox mühüm rol oynayacaq: "Bu, eyni zamanda Azərbaycanın dünyada nüfuzunun artması, söz sahibinə çevrilməsi üçün əhəmiyyətli bir layihədir". Millət vəkili qeyd edib ki, "Cənub Qaz Dəhlizi" Məşrəvət Şurasının hər iki toplantısının məhz Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun olmasını bir daha təsdiq edir: "Bu həm də onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi böyük nüfuz qazanıb". T.Rzayev əlavə edib ki, bu layihə Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə yanaşı, ölkə iqtisadiyyatına böyük faydalar gətirəcək: "Bu, eyni zamanda, Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən layihədir. Azərbaycan xalqı uzaq perspektivdə bu layihədən bəhrələnəcək".
T.Rzayev vurğulayıb ki, bu layihə, eyni zamanda, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm əhəmiyyətə malikdir: "Layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan qaz kəmərlərinin etibarlı mühafizə olunması üçün beynəlxalq aləm regionda sülhün və sabitliyin gücləndirilməsində daha maraqlı olacaq".
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Vyanada erməni terrorunun qurbanı olan diplomatların xatirəsi yad olunub
20.10.2019
Ukraynada erməni əsilli məmur vəzifəsindən istefa verib
20.10.2019
Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir
20.10.2019
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib
20.10.2019
Bu müxalifət rəhbərləri efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info