ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ
Tarix: 03.03.2016 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti: “Bu layihənin həyata keçirilməsinə yardım etmək məqsədilə ABŞ-ın oynadığı rol çox əhəmiyyətlidir. Əminəm ki, məhsuldar əməkdaşlıq davam edəcək və gələcəkdə onun müsbət nəticələrini də görəcəyik”

Bir neçə gün əvvəl Bakıda “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində nazirlərin ikinci Məşvərət Şurasının toplantısı keçirildi. Kifayət qədər geniş tərkibdə keçirilən toplantıya ABŞ, Avropa İttifaqı təmsilçiləri ilə yanaşı, qitənin bir çox dövlətinin enerji nazirləri qatılmışdı. Bu isə Azərbaycanın aparıcı rol oynadığı layihəyə verilən böyük dəstəyin ifadəsi idi.
Dünya bazarında neftin qiymətinin aşağı düşdüyü, dünyada qlobal maliyyə böhranı yaşandığı bir vaxtda təxminən 40 milyard dollardan çox dəyərində qiymətləndirilən “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı keçirilən toplantıya belə geniş beynəlxalq nümayəndə heyətinin, nüfuzlu şirkətlərin təmsilçilərinin, əsasən də ABŞ, Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrlə qatılması layihəyə sərmayə yatırılması məsələsində problem olmayacağını təsdiqləyir. Xüsusilə dünya supergücü ABŞ tərəfindən layihəyə açıq şəkildə dəstək ifadə olunması bütün şübhələri aradan qaldırdı. Bu fakt göstərdi ki, ABŞ Cənubi Qafqazın lider dövləti olan və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycanla çoxtərəfli əməkdaşlığın təmin olunmasında maraqlıdır. Azərbaycan ABŞ-ın terror əleyhinə kampaniyasına dəstək ifadə edən ilk müsəlman dövlətlərindən biri oldu və bu dəstəyi əməldə də göstərdi. Ölkəmiz Əfqanıstanda həyata keçirilən sülhyaratma missiyasında əsgəri heyətlə təmsil olunmaqla yanaşı, beynəlxalq koalisiyaya yük daşınması üçün hava məkanını açıb. Ölkələrimiz beynəlxalq terrora qarşı mübarizə, enerji layihələrinin həyata keçirilməsində sıx əməkdaşlıq münasibətləri qurublar. Azərbaycan Respublikası da ABŞ-la əlaqələrə böyük əhəmiyyət verir və qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir.

Səfir Sekuta: “ABŞ həmişə Azərbaycanın davamlı sabitliyini və firavanlığını dəstəkləyib. Azərbaycanla davamlı və uzun- müddətli münasibətlər arzusundadır və həmişə azərbaycanlıların yanındadır”

Ümumiyyətlə, iki dövlət arasındakı münasibətlərin inkişaf tarixinə nəzər salsaq görərik ki, ABŞ-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdirilir. ABŞ Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması məsələsində ölkəmizin həyata keçirdiyi siyasəti daim dəstəkləyib. ABŞ-ın nüfuzlu şirkətlərinin də iştirakı ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” bunun ən bariz nümunəsidir. Azərbaycanın müəllifliyi ilə reallaşan enerji layihələri qitənin bu sahədəki siyasətində xüsusi çəkiyə malikdir. Azərbaycanın təşəbbüsü və əzmkarlığı ilə “Cənub Qaz Dəhlizi” kimi irimiqyaslı layihənin reallaşması həm Avropa İttifaqını, həm də ABŞ-ın maraqlarına uyğundur. ABŞ rəsmilərinin bu layihəyə açıq dəstək ifadə etməsi ABŞ-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələnin başlandığını göstərir.

Vaşinqton Cənubi Qafqazın lider dövləti olan və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycanla çoxtərəfli əməkdaşlıqda maraqlıdır

Bunu təsdiq edən məqamlardan biri də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın ölkəmizdə səfir təyin olunmasının bir illiyi münasibətilə “ABŞ-Azərbaycan münasibətləri: Sabit və firavan gələcək naminə ortaq məqsədlər” adlı məqaləsidir. Səfir məqaləsində qeyd edib: “ABŞ həmişə Azərbaycanın davamlı sabitliyini və firavanlığını dəstəkləyib. Azərbaycanla davamlı və uzunmüddətli münasibətlər arzusundadır və həmişə azərbaycanlıların yanındadır. Qeyri-müəyyən bir zamanda sürətli dəyişikliklər dövrünü yaşayan bölgədə yerləşən və sabitliyi ilə seçilən Azərbaycanın rolu, həmişəki kimi, önəmlidir. Sabitliyin və firavanlığın gücləndirilməsi ABŞ-ın Azərbaycanla olan münasibətlərinin vacib aspektlərindən biridir”. Bu, rəsmi Vaşinqtonun Azərbaycanla münasibətləri yeni inkişaf mərhələsinə çıxarmaq istəyinin göstəricisi sayıla bilər. Kifayət qədər həssas, eləcədə enerji-nəqliyyat dəhlizinin mərkəzində yerləşən Azərbaycanın siyasi-iqtisadi əhəmiyyəti və ən əsası müstəqil siyasət həyata keçirməsi Vaşinqtonun maraqlarına cavab verməklə yanaşı, ABŞ-ı Bakı ilə münasibətləri inkişaf etdirməyə yönəldir.

Dövlət Departamentinin rəsmisi Amos Hokstayn:
“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və ABŞ layihəni dəstəkləməkdə davam edəcək”


Rəsmi Bakı da ABŞ-Azərbaycan əlaqələrinin qarşılıqlı maraqlar, bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişafında maraqlıdır. Azərbaycan Prezidenti Məşvərət Şurasının ikinci toplantısındakı çıxışı zamanı ABŞ-ın dəstəyini xüsusi olaraq qeyd etdi: “Həmçinin fürsətdən istifadə edərək, mən Birləşmiş Ştatların hökumətinə və verdiyi töhfəsinə görə şəxsən cənab Hokstayna təşəkkürümü bildirmək istəyirəm. İyirmi ildən çox müddət əvvəl bütün enerji təşəbbüslərimizin reallaşmasında ABŞ hökumətinə Azərbaycana verdiyi davamlı dəstəyə görə minnətdaram. Bu gün bu layihənin həyata keçirilməsinə yardım etmək məqsədilə ABŞ-ın oynadığı rol çox əhəmiyyətlidir. Əminəm ki, məhsuldar əməkdaşlıq davam edəcək və gələcəkdə onun müsbət nəticələrini də görəcəyik”. Qeyd edək ki, Azərbaycan dövlət başçısı tərəfindən qəbul edilən və Məşvərət Şurasının toplantısında çıxış edən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn çıxışında toplantının təşkil edilməsi ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlıq ifadə etmişdi: “Biz hamımız Azərbaycan hökumətinin bizi bir araya gətirmək üçün göstərdiyi səylərini qiymətləndiririk. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu layihə Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir. Məndən əvvəl çıxış edən digər natiqlərin də qeyd etdiyi kimi, bu layihə üzrə bu günədək əldə olunmuş tərəqqini davam etdirmək çox vacibdir”. Amos Hokstayn enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinin vacib elementi olduğunu qeyd edib. O, beynəlxalq neft-qaz bazarında çətinliklərin yaşandığı indiki dövrdə Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin reallaşmasına sadiqliyini yüksək dəyərləndirib. İstər marşrutların, istərsə də mənbələrin şaxələndirilməsi baxımından “Cənub Qaz Dəhlizi”nin mühüm əhəmiyyətini qeyd edən Amos Hokstayn Bakıda keçirilən tədbirin layihənin bundan sonra da uğurla reallaşdırılmasında vacib rol oynayacağına əminliyini bildirib. Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi açıq şəkildə ifadə edib ki, Vaşinqtonu Azərbaycanın aparıcı rol oynadığı layihəni dəstəkləməkdə davam edəcəklər. Bu isə ABŞ-Azərbaycan münasibətlərinin bərabər hüquqlar əsasında inkişaf edəcəyi ilə bağlı açıq mətnlə ifadə edilmiş mesajdır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info