“Azərbaycan hökuməti çətinliklərin öhdəsindən gələ biləcək”
Tarix: 03.03.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Dəyəri 45 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsi BP-nin tarixində və ümumilikdə qlobal neft-qaz sənayesində həyata keçirilən ən böyük layihələrdən biridir.
Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib.
O qeyd edib ki, layihənin həyata keçirilməsi Avropanın yeni enerji mənbəyi qazanmasına səbəb olacaq, şaxələndirməyə, qarşılıqlı əlaqələrə imkan yaradacaq, yüz minlərlə adamı sərfəli enerji ilə təmin edəcək, dəhliz boyunca yerləşən ölkələrdə yeni texnologiyaların, iş yerlərinin yaranmasına və investisiyaların artmasına gətirib çıxaracaq.
Q. Birrell layihənin təhlükəsizlik səviyyəsinin çox yüksək olduğunu, həmçinin layihənin icrasında Azərbaycan və Gürcüstanda 20 min nəfərin çalışdığını, işlərin plan üzrə davam etdirildiyini bildirdi. Mümkün çətinliklərə toxunan Q. Birrell Azərbaycan hökumətinin, tərəfdaşların, “Cənub Qaz Dəhlizi” boyunca yerləşən ölkələrin hökumətləri ilə birlikdə bu çətinliklərin öhdəsindən gələ biləcəklərinə əminliyini ifadə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info