“Formula-1”-in biletlərinin 65 faizini xaricilər alıb
Tarix: 03.03.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) martın 2-də “Gilan Mehmanxanalar Qrupu”, “Bakı Bulvar” və “Şah Palas” otelləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarının inkişafına dair memorandum imzalayıb.
Memorandumu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim, “Gilan Mehmanxanalar Qrupu”nun direktoru Elgün Məmmədov, “Bakı Bulvar” otelinin baş meneceri Valentin Osolos və “Şah Palas” otelinin baş meneceri Davut Furkan Emen imzalayıblar. Avropa Qran-pri yarışlarının ölkəmiz üçün iqtisadi faydalarından danışan BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bilet satışından məmnun qaldıqlarını qeyd edib. O, qeyd edib ki, yaxın günlərdə paytaxtın ticarət mərkəzlərində xüsusi bilet satışı məntəqələri quraşdırılacaq: “Ötən il dekabrın 19-da biletlərin onlayn satışa çıxarıldığı anda ABŞ-dan sifarişlər qəbul olunmuşdu. Bu, bizi çox sevindirir. Satılan biletlərin 65 faizi xarici vətəndaşların payına düşür. Avropa Qran-pri yarışlarına biletləri almaqda Rusiya, İngiltərə, Hollandiya, Almaniya və Ukraynadan olan azarkeşlər fəallığı ilə seçilir”. Çıxışlarda Avropa Qran-pri yarışlarının keçiriləcəyi 17-19 iyun tarixləri üçün otellərin xarici turistlər və yarış iştirakçıları tərəfindən artıq sifariş edildiyi, həmin günlərdə ölkəmizə turist axınının olacağı diqqətə çatdırılıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar
22.09.2019
Fuad Qəhrəmanlının timsalında Əli Kərimli daha bir dəfə ifşa olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info