SOCAR -da 7 min 541 nəfər müvəqqəti işlə təmin olunub
Tarix: 03.03.2016 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


SOCAR-da və onun birgə müəssisələrində 7 min 541 nəfər müvəqqəti işlə təmin edilib. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirilib ki, Prezidentin regionlarda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi üçün işsiz vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb olunması haqqında tapşırığının icrası ilə əlaqədar ölkənin ən böyük dövlət şirkəti olan SOCAR-da da məqsədyönlü işlər aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə respublikanın bütün ərazisini əhatə edən bu genişmiqyaslı layihə uğurla həyata keçirilir. Regionlarda yaranmış əlavə iş həcmləri araşdırılıb, həmin işlərin icra olunması ilə bağlı işçi sayı müəyyənləşdirilib və müddətli vakansiyaların rayonlar üzrə bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Layihə çərçivəsində işə qəbul edilənlərlə müqavilə nazirliyin regionlardakı Məşğulluq Xidmətlərinin göndərişləri əsasında həyata keçirilir. Vakansiyalar əsasən, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, “Qaz İxrac” və Nəqliyyat idarələrini, eləcə də şirkətin təsisçiliyi ilə yaradılan Alyansları, Birgə Müəssisələri və Əməliyyat Şirkətlərini əhatə edib. Bu il martın 1-ə kimi SOCAR üzrə ümumilikdə 7 min 541 nəfər, o cümlədən “Azəriqaz” İB üzrə 5 min 357, “Qaz İxrac” idarəsi üzrə 960, Nəqliyyat İdarəsi üzrə isə 283 nəfər müvəqqəti işlə təmin olunub. SOCAR üzrə ümumi işlə təmin olunan 7 min 541 nəfərin 941-i Alyans, Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin payına düşüb. Demək olar ki, ölkənin bütün rayon və şəhərlərini əhatə edən bu işəgötürmə kampaniyası zamanı Bakının Qaradağ rayonu (432 nəfər), Gəncə şəhəri (269 nəfər), Şəmkir (250 nəfər), Masallı (237 nəfər), Lənkəran (235 nəfər), Salyan (225 nəfər), Bərdə (221 nəfər), Cəlilabad (221 nəfər) rayonları iş həcmləri və qəbul edilən müvəqqəti işçilərin sayı baxımından daha çox fərqləniblər. Ölkə iqtisadiyyatının dinamik inkişafına daim mühüm töhfələr verən SOCAR bundan sonra da əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması istiqamətində fəaliyyətini davam etdirəcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Səbail rayonunda yolların yenidən qurulmasına vəsait ayrılıb
21.09.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
20.09.2020
Prezidentin “Facebook“ səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib
20.09.2020
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür - Türkiyə PA
20.09.2020
Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info