Şahmatçılarımız “Aeroflot Open 2016” festivalında
Tarix: 03.03.2016 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Moskvanın “Kosmos” mehmanxanasında “Aeroflot Open 2016” beynəlxalq şahmat festivalı start götürüb. Ənənəvi olaraq Aeroflotun dəstəyi ilə keçirilən bu festival martın 10-dək davam edəcək.
Festival çərçivəsində klassik şahmat üzrə turnirlər üç qrupda (A. B, C) iştirakçıların reytinqindən asılı olaraq İsveçrə sistemi ilə 9 turda keçirilir. Ümumiyyətlə, yarışda dünyanın 30-dan artıq ölkəsindən 200-dən çox şahmatçı iştirak edir. Ən böyük marağı A qrupu doğurur. Burada ən güclü şahmatçılar oynayır. Turnirdə reytinqi 2550-dən yüksək olan şahmatçılar, o cümlədən azərbaycanlı qrossmeyster Eltac Səfərli (2663) çıxış edir. “A” turnirinin qalibi bu il iyulun 9-dan 17-dək Dortmundda keçiriləcək superturnirə dəvət ediləcək. Blits-turnir martın 10-da keçiriləcək. “B” turnirində isə Azərbaycanın idman şərəfini FIDE ustası Aydan Höcətova qoruyacaq. Festivalın ümumi mükafat fondu 140 min avrodur. Həmçinin, veteranlar, qadınlar və yuniorlar arasında ən yaxşı nəticələrə görə xüsusi mükafatlar təsis edilib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Gözəl Zutova növbəti döyüşünə çıxır
26.09.2020
Suares “Atletiko”da nömrə seçimini etdi
25.09.2020
“Barselona“ya qayıtmaq istəyirəm“
25.09.2020
“Sən “Barselona“dan qovulmağa layiq biri deyildin”
25.09.2020
“Legiya“ “Qarabağ“a belə rəqib oldu

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info