Hacı Əliyev dünya reytinqində birincidir
Tarix: 03.03.2016 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan Güləş Federasiyasının yaydığı xəbərə görə, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ən yaxşı göstərici ötən ilki dünya çempionatında ikinci çempionluğunu qazanan Hacı Əliyevdədir.
O, öz çəkisində reytinqin birincisidir. Ötən ay heç bir yarışda iştirak etməyən Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Xetaq Qazyumov və Cəmaləddin Məhəmmədov reytinqdə bir pillə geriləyib. 97 kq çəkinin reytinq siyahısında ilk onluğa daxil olan daha bir güləşçimiz Şərif Şərifov olub. Ötən ay İstanbulda keçirilmiş Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə çempion olan Aleksandr Qostiyev 4 pillə, Minskdə keçirilmiş Aleksandr Medvedin mükafatı uğrunda beynəlxalq turnirdə çempion olan Nurməhəmməd Hacıyev isə 6 pillə irəliləyib. Güləşçilərimiz müvafiq olaraq 86 kq çəki dərəcəsinin reytinq siyahısında 10 və 12-ci yerləri bölüşüb. Bu çəkidə siyahıda daha 2 güləşçimizin adı var. Məhəmmədhacı Xatiyev 13-cü, Həmzət Osmanov 16-cı sırada qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
İspaniya La Liqası: “Sevilya” öz meydanında “Real Madrid”ə məğlub olub
22.09.2019
Cəbrayıl Həsənov və Şərif Şərifov dünya ikincisi olub
22.09.2019
“Qələbəyə layiq deyildik”
22.09.2019
Qvardiola “Manchester City“nin gələcək baş məşqçisinin adını açıqladı
22.09.2019
Yaponiya komandası 5 topla qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info