“Bakcell“ abunəçiləri üçün “Facebook“a pulsuz çıxış imkanı
Tarix: 03.03.2016 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


"Bakcell" şirkəti Novruz bayramının gəlişi ilə əlaqədar Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə nadir hədiyyəsi barədə elan edir. Mobil operatordan verilən məlumata görə, martın 1-dən 31-dək "Bakcell" şəbəkəsinə qoşulan hər bir yeni abunəçi "Facebook" tətbiqinə 6 aylıq pulsuz çıxış imkanı əldə edəcək. Bunun üçün onlar sadəcə əvvəlcədən ödənilmiş ("prepaid" ) "Bakcell" SİM kartını almalı və *515*1#YES kodunu yığaraq bu kampaniyaya qoşulmalıdırlar. Bu yeni kampaniya şəbəkədən istifadə edərkən pula qənaət etməyə imkan yaradacaq. “CIN” və ya “Klass” tarif paketlərinin hər hansı birindən istifadə edən mövcud "Bakcell" abunəçiləri də, sadəcə, *515*1#YES kodunu yığaraq bu kampaniyadan faydalana biləcəklər. Bu halda, nömrənin balansından 0,99 manat məbləğində birdəfəlik haqq çıxılacaq. 6 ay ərzində "Facebook"a pulsuz çıxış imkanı aylıq olaraq, nömrənin balansına hər ay 3 manat vəsait yükləmək şərti ilə təqdim edilir. "Facebook"a pulsuz çıxış qaydası tətbiqin və "Facebook Messenger" tətbiqinin bütün istifadə növlərinə (o cümlədən, FB Messenger tətbiqi vasitəsilə mesajlaşma, fotoşəkil və fayl paylaşma xidmətlərinə) şamil edilir. "Facebook" tətbiqindən başqa səhifələrə yönləndirmə, eləcə də "Facebook Messenger" vasitəsilə edilən səsli və video zənglərə görə adi qaydada haqq tutulacaqdır. “Novruz bayramı baharın gəlişini təcəssüm etdirən son dərəcə gözəl bir ənənədir. Bu gözəl bayrama hazırlıqlar bayram şənliklərinə hələ bir ay qalmış başlanır. Super yüksək sürətli mobil internet xidmətindən faydalanan abunəçilərimizin əksəriyyəti sosial şəbəkələrdən fəal şəkildə istifadə edirlər. Azərbaycan “Facebook”un fəal istifadəsinə görə dünyada ilk yerlərdən birini tutur. Biz bu kampaniyaya qabaqcadan, ayın əvvəlindən başladıq ki, insanlar öz hislərini paylaşmağa indidən başlaya və bu təklifdən tam faydalana bilsinlər. Biz bilirik ki, bir çox insanlar üçün "Facebook" əslində "internetdir". Elə buna görə də biz inanırıq ki, bu təklif "Bakcell" abunəçilərinin şəbəkədə məhdudiyyətsiz ünsiyyətdə olmaları və öz doğmaları və dostları ilə daha yaxın olmaları üçün əlavə stimul yaradacaq", - deyə "Bakcell"in baş marketinq direktoru Maria Toyçeva bildirib.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info